Yuxarı

“Hakim xətası”nın sirri

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlcuq Düzgün

Hakim xətası? Bah, inandıq!

İdmandan çox anlamıram, amma bu mövzu haqqında yazacağam.

Çünki bu mövzu idmanın kimin tək əlində olduğunu, siyasətə necə siraət edildiyinin açıq nümunəsidir.

Bir Azərbaycan komandası olan "Qarabağ" futbol klubu beynəlxalq bir yarışa çıxır və adına "Hakim xətası" qoyub yarışdan kənarlaşdırılır.

Bura qədər hər şey normaldır, "hər komandanın başına gələ bilər" deyə bilərsiniz.

Amma xeyr, hər şey normal deyil!

Çünki burada haqsız yerə sıradan çıxarılan komandanın adı: QARABAĞ!

Deyə bilərsiniz, bir addan ötəri komanda necə kənarlaşdırıla bilər?

İzah edim!

Təxminən 70 il SSRİ bayrağı altında dünyanın müxtəlif idman yarışlarında saysız uğurlara imza atmış bir xalq düşünün.

Yalnız idman uğurlarımı? Xeyr.

Bu xalq rusların İkinci Dünya Müharibəsində almanları məğlub etməsində ən əhəmiyyətli rolu boynuna götürüb.

Kimdir bunlar? Azərbaycan türkləri.

Sonra nə oldu?

Dünya yeni dövrə qədəm qoyub. Millətlər öz bayraqları ilə, öz ölkə sərhədləri daxilində və öz istiqlal marşları ilə idarəetmə arzusunu dilə gətirib.

Bu istək birinci dəfə Azərbaycan türklərində yaranıb və müstəqilliyini ilk elan edən ölkə olub.

Amma müstəqillik elanı elə toy-busatla baş vermədi!

Özünü dünyanın hakimi sayanlar bir ayı fəlsəfəsi ilə "Vay, sən müstəqillik istəyirsən?" dedi və ertəsi gün ölkədə qırğınlar, daxili çaxnaşma başladı…

Tankların altında qalıb can verəndənmi sizə yazım, yoxsa Xocalıda diri-diri dərisi soyulan uşaqlardan?

Budur, həmin dövrü bizə izah edən bir şüar qalıb. O ada "QARABAĞ" deyilir.

Dünyanın harasına gedirsinizsə gedin, damarında təmiz qan daşıyan bir türkə "QARABAĞ NƏDİR?" sualını verin. Nə demək istədiyiniz anlayacaq.

Gəlin onlara deyil, içimizdəki bəzi liboşlara, nonoşlara, şəxsiyyətsiz, nakişilərə məlumat üçün, tənbəllik etmədən bir daha Qarabağın nə demək olduğunu izah edək:

Müstəqillik elan etmək istəyən Azərbaycanı məhv etmək üçün 1990-cı illərin əvvəllərində Rusiya və Qərbin dəstəyi Azərbaycanın bir hissə torpağını Ermənistana vermək istədilər.

Buna görə, 1991-1993-cü illərdə Rusiya və o məlum Qərb Ermənistan Silahlı qüvvələrinə həm silah yardımı, həm də iqtisadi dəstək verərək Azərbaycana aid Qarabağ deyilən bölgəni insanlıq tarixinin utanc qırğını nümunələri ilə işğal etdi.

O gün-bu gündür ki, işğal edilən bu bölgə "QARABAĞ PROBLEMİ" olaraq beynəlxalq əlifbaya daxil olub.

Və o gün-bu gündür ki, Azərbaycan türkü bütün dünyaya bu mövzudakı günahsızlığını, haqlı olduğu halda haqsızlıqla qarşılaşdığını izah etmək istəməkdə və sülh yolu ilə torpağını geri qaytarmaq üçün əlindən gələni etməkdədir.

Təhsildən mədəniyyətə, idmandan sənətə, iqtisadiyyatdan siyasətə, xalqların hüquqdan insan hüquqları pozuntularına qədər hər sahədə bu dərdini dilə gətirməkdə və ən təbii haqqlarını tələb edir.

Məhz bu səbəbdən qurduqları bir futbol klubuna da "QARABAĞ" adını veriblər.

Niyə?

Bu ona görədir ki, hər şeyə gözünü bağlamış, lakin futbolla yatıb-qalxan dünya insanları "QARABAĞ haradır?", "QARABAĞ nədir?" bəlkə maraqlanar deyə.

Bəlkə dərdlərini bu idman klubunun uğurları ilə daha tez izah edə bilərlər deyə.

Elə də olmurmu?

Kataloniya problemi nədir deyincə, hamının ağlına "Barselona" və ya "Espanyol" gəlmirmi?

Demək ki, idman yalnız bir əyləncə oyunu deyilmiş.

"Qarabağ"ın bu futbol macərası nə ilə nəticələndi?

Kimsənin gözləmədiyi bir halda bu futbol klubu müvəffəqiyyətli oldu və dünyanın nəhənglərindən biri ilə bərabər qaldı və son nöqtə olaraq öz evində qarşılaşmaya çıxdı.

Doxsanıncı dəqiqənin tamamından sonra "Qarabağ" bir qol vurdu və nə hikmətsə, o qol ofsayd olaraq qiymətləndirildi.

İndi hər kəs "hakim xətası" deyir!

Həəə, həəəə, biz də inandıq ki, sadəcə hakim səhvidir.

Görünən odur ki, "Qarabağ"a edilən haqsızlıq yaşıl sahələrə də siraət edib.

Matçın nəticəsinə bir də bu gözlə baxın.

Nə deyək, ey yalan dünya, bir gün səndən də hesab soruşulacaq əlbət!

Tarix
2014.12.13 / 11:16
Müəllif
Səlcuq Düzgün
Şərhlər
Digər xəbərlər

“Vur, komandir, vur!”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla