Yuxarı

Qalmaqallı “İnfiniti” barının gecə görüntüsü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 12-də Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verilməyən və nəticədə ictimai qınağa səbəb olan, polisin müdaxiləsi ilə əxlaqsızlıq yuvası olub-olmadığı araşdırılan "İnfiniti" gecə klubu hələ də fəaliyyətini bərpa etməyib.

Axar.az əməkdaşı gecə vaxtı, barların aktiv fəaliyyət göstərdiyi məqamda "İnfiniti"nin qapısının bağlandığını və ətrafda heç kimin olmadığını müşahidə edib.

Ətrafda yaşayan insanların sözlərinə görə, artıq "İnfiniti" gecə klubu 5 gündür ki, işləmir.

Nəsimi Rayon Polis İdarəsindən Axar.az-a verilən məlumatda "İnfiniti" barının əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə daxil olan məlumatın araşdırıldığı bildirilmişdi.

Qeyd edək ki, dekabrın 12-də Heydər Əliyevin anım günü "İnfiniti" gecə klubunda əyləncə təşkil olunaraq, yüksək tonla musiqi səsləndirilib. Ərazidə olan polis əməkdaşları bunun sayğısızlıq olduğunu deyərək musiqinin dayandırılmasını tələb edib. Ancaq "İnfiniti" klubunun rəhbərliyi polisin tələbinə əhəmiyyət verməyib. Bundan sonra əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gələrək sayğısızlıq edən klubda araşdırmalara başlayıblar.

"İnfiniti" gecə klubunun əxlaqsızlıq yuvası olduğu barədə isə uzun müddətdir mediada xəbərlər gedir.

Tarix
2014.12.17 / 11:14
Müəllif
İsmi Şahzadə, İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla