Yuxarı

Həkimlərdən 750 min təzminat tələb edilir – Apelyasiya

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davası ilə bağlı Yasamal Məhkəməsinin qərarından verilən şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Bu barədə Axar.az-a danışan zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi, tanınmış hüquqşünas Fərhad Mehdiyev bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin baxdığı bu şikayətin digərlərindən fərqli olduğunu düşünür:

"Bu iş zərərçəkənlər olaraq təqsirli hesab etdiyimiz anestezioloq və cərrahları sadəcə məsuliyyətə cəlb etmə cəhdi deyildir. Burada biz gələcəkdə də bu cür həkim səhvlərinin vətəndaşlarımıza qarşı törədilməsinin qarşını almaq istəyirik. Hesab edirik insan ölümü ilə nəticələnən həkim səhvlərində həm həkimlər, həm də xəstəxana yüksək məbləğlərdə təzminat ödəməlidir ki, olduqça ehtiyatlı davranmağa məcbur olsunlar. Yoxsa Yasamal Rayon Məhkəməsinin mərhum Elnarə xanımın həyatının 10.000 manat olaraq qiymətləndirməsi Azərbaycan vətəndaşının həyatına biçdiyi dəyəri göstərir və ona qarşı laqeyd bir yanaşmadır. Hər bir dövlət öz qanunvericiliyi və tətbiqatı ilə insan həyatını layiqincə qorumalıdır.

Hazırda məhkəmə kollegiyası işin vacibliyini dərk edərək, məhkəmə istintaqını diqqətlə aparır, prosessə gəlməyən tərəflərin (cərrahların və klinikanın nümayəndəsinin) də prosesə gələrək öz izahatlarını verməsinə şərait yaradır".

Zərəçəkənin vəkili Aqil Layıcov da bildirdi ki, prosesin gedişindən narazı deyillər:

"Məhkəmə prosesini aparan hakimin özü də qeyd etdi ki, bu iş onlar üçün müstəsna, fövqəladə dərəcədə məsuliyyətli məsələdir. Birinci instansiya məhkəməsindən fərqli olaraq, hazırkı məhkəmə işin hərtərəfli, tam obyektiv araşdırılması üçün əlindən gələn bütün vasitələrdən istifadə edir. Onun üçün də tərəflərə şans verir. Sübutların toplanılması, digər şahidlərin dinlənilməsi zərurəti ortaya çıxdı və buna görə də məhkəmə prosesi yanvar ayının 14-nə təxirə salındı".

Vəkil qeyd etdi ki, klinikalarda məsuliyyətsizlik, həkim səhlənkarlığı və səhlənkarlıq nəticəsində ölüm hallarının artmasına dövlət cavabdehdir:

"Dövlət də bu tip hallara məhkəmə vasitəsi ilə nəzarəti təmin edir və neqativ halların aradan qaldırılmasına çalışır. Bu baxımdan zərərçəkənlərin iddiasının təmin olunması və bunun ictimailəşməsi bu sahədə həkimlərin məsuliyyətini artırmaq, hüquqi-ictimai nəzarəti gücləndirmək deməkdir".

Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Hazırda cinayət işinin istintaqı yekunlaşaraq, Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Nəsimi Rayon Məhkəməsində cinayətkar həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Yasamal Rayon Məhkəməsi tərəfindən isə mənəvi təzminat olaraq 10 min manat (6 min "Medi Sina" klinikası və 4 min anestezioloq Firuz İbrahimov) tutulması və zərərçəkənlərə ödənilməsi barədə qətnamə qəbul olunub.
Ancaq 750 minlik iddia qaldıran zərərçəkən tərəf qətnamədə digər həkimlərin məsuliyyətdən azad edilməsi və çox cüzi miqdarda təzminat çıxarılmasına etiraz olaraq, apelyasiya şikayəti verib.

Apelyasiya Məhkəməsində işə İkram Şirinov hakimlik edir.

Tarix
2014.12.17 / 21:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla