Yuxarı

Sağlam olmayanlar nikaha girə bilməyəcək? – Rəy

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sağlamlıq durumundan asılı olmayaraq özünə həyat yoldaşı seçməkdə və onunla nikaha daxil olmaqda hər kəs azaddır və qanun bunu məhdudlaşdırmır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə hüquqşünas Ərşad Hüseynov çıxış edib. O, fərdlərin nikaha daxil olmada sağlamlıqları ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişikliyə aydınlıq gətirib:

"2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliyə əsasən, nikaha daxil olan şəxslərin tibbi müayinəsi məcburi olur. Yanvarın 1-dən sonra tibbi müayinədən keçərək müvafiq tibbi arayışı təqdim etməyən şəxslərin nikahı dövlət qeydiyyatına alınmayacaq. Ailə quranların hansı xəstəliklər üzrə tibbi müayinədən keçməli olması, bu tibbi müayinənin qaydası, habelə onun nəticəsi olaraq verilən tibbi arayışın forması Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Amma belə tibbi müayinə nikahın azadlığı prinsipini pozmayacaq. Çünki ailə quranlara verilən tibbi arayışda sadəcə onların tibbi müayinədən keçməsi, habelə sağlamlıq durumlarının ailə həyatına təsiri ilə bağlı tibbi məsləhət almaları faktı təsdiqlənəcək. Müayinənin nəticəsi (yəni cütlükdə hər hansı xəstəliyin olub-olmaması) isə həkim sirri olaraq qorunacaq. Nikahı qeydə alan orqan tibbi müayinənin nəticəsini tələb edə bilməz. Deməli, hər hansı xəstəliyin olması ailə quran şəxslərin nikaha daxil olmaları və onların nikahının qeydə alınması üçün mane ola bilməz.

Sağlamlıq durumundan asılı olmayaraq, özünə həyat yoldaşı seçməkdə və onunla nikaha daxil olmaqda hər kəs azaddır və qanun bunu məhdudlaşdırmır. Yeni qayda sadəcə olaraq ailə quranların bir-birinin sağlamlığı barədə məlumatlandırılmasına, habelə sağlamlıqda problem olduqda, bunun ailə həyatına təsiri barədə tibbi məsləhət almasına yönəlib.

Amma bu yeniliyin 1 yanvardan tam tətbiq ediləcəyi inandırıcı deyil. Çünki Nazirlər Kabinetinin və Səhiyyə Nazirliyinin yuxarıda qeyd edilən məsələləri 14 gün ərzində həll edə biləcəyi inandırıcı görünmür".

Tarix
2014.12.18 / 00:43
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla