Yuxarı

"Cinayət törətmiş hakim briqadası cəzalanmalıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İdmanda əfsuslar olsun ki, bəzi hallarda hakimlərin ədalətsiz qərarı həlledici olur. Mən idmanla yaxından maraqlanan, eyni zamanda, idmana rəhbərlik edən insan kimi dəfələrlə onun şahidi olmuşam ki, beynəlxalq yarışlarda, hətta fərdi idman növlərində də bizim idmançılarımıza qarşı ədalətsizlik göstərilib. Yenə də deyirəm, qələbə qazanmaq olar, məğlub olmaq olar. Bu, idmandır, heç kim sığortalanmayıb ki, o, məğlub olmayacaq. Əgər siz ədalətli mübarizədə məğlub olsaydınız, yaxud da ki, o qolu vurmasaydınız, heç kim heç nə deməzdi. Lakin belə oldu, gələn dəfə daha da yaxşı oyun nümayiş etdirmək olardı. Ancaq təmiz, halal qələbəni komandanın əlindən almaq böyük ədalətsizlik və idman aləmində cinayətdir. Ona görə hesab edirəm ki, bu cinayəti, idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır. Əks təqdirdə, bu, başadüşülən olmayacaq".

Report-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.

Prezdent qeyd edib ki, "Qarabağ" komandası üçün indiki dövr o qədər də asan dövr deyil: "Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır. Əksinə, sizi daha da çox ruhlandırmalıdır ki, qələbə əzmi daha da güclü olsun, növbəti yarışlarda Avropa idman ailəsinə bir daha sübut edəsiniz ki, "Qarabağ" futbol klubu böyük uğurlara imza ata və Azərbaycan futbolunu ləyaqətlə təmsil edə bilər.

Klubun adı "Qarabağ"dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və "Qarabağ" klubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcək".

Tarix
2014.12.18 / 10:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla