Yuxarı

Manat ucuzlaşmağa başlayıb? - Politoloq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya rublunun durumu Azərbaycana da təsirsiz ötüşməyib".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu çıxış edib.

O, valyutadəyişmə məntəqələrinin əksəriyyətində məzənnəsi az qala hər saat dəyişən rus rublunu qəbul etmədiklərini deyib:

"Daxil olan məlumatlar da, öz müşahidələrimiz də göstərir ki, Rusiya rublunun durumu Azərbaycana da təsirsiz ötüşməyib. Bunun obyektiv və subyektiv səbəbləri var. Başlıca obyektiv səbəb Rusiyada çalışan azərbaycanlılar tərəfindən ailələrinə göndərilən vəsaitlərin sabit valyutada (dollar və avro) həcmi kəskin şəkildə azalıb. Həmçinin, valyutadəyişmə məntəqələrinin əksəriyyətində məzənnəsi az qala hər saat dəyişən rus rublunu qəbul etmirlər. Neftin qiymətinin düşməsinin manata da təsir edəcəyini düşünən bir çox valyutadəyişmə məntəqələrində isə ya ümumiyyətlə mübadilə aparmırlar, ya da bunu çox məhdud həcmdə həyata keçirirlər və əsasən də dollar, avro qəbul etməyə üstünlük verirlər. Bu isə daha çox psixoloji və ya başqa sözlə, subyektiv amildir. Amma hər halda, hər iki amilin müəyyən təsiri özünü büruzə verir. Manat az da olsa, ucuzlaşmağa başlayıb".

Xatırladaq ki, son ayların təhlili və büdcə qənaəti prefisit yaratdığı üçün hazırda iqtisadçılar Azərbaycan manatının mövqelərini zəiflətdiyi yox, gücləndirdiyi qənaətindədir. Buna görə də Mərkəzi Bankın manatın nəzərdə tutulandan artıq güclənməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirir. Başqa cür desək, bazara müdaxilə ilə dollar satışa çıxaran və kursu nizamlayan MB indi əks proses yerinə yetirir ki, manatın kəskin güclənməsi baş verməsin.

Tarix
2014.12.18 / 11:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla