Yuxarı

“Azərbaycanlılar üçün Rusiyada geniş fürsət yaranıb”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərbin sanksiyalarının Rusiyanı zəiflətməsi nəticəsində ölkədəki bazarların boşalması azərbaycanlılara mövcud vəziyyətdən çıxmaq üçün müstəsna fürsət verir".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat komissiyasının üzvü, millət vəkili Əli Məsimli deyib. O bildirib ki, rublun məzənnəsi sürətlə aşağı düşdüyündən Rusiyada yaşayan həmyerlilərimiz bu dönəmdə olduqca ehtiyatlı davranmalı və yaranmış fürsəti əldən verməməlidir:

"Azərbaycandan və postsovet ölkələrindən Rusiyaya işləməyə gedənlərin əlində rubl varsa, bu, onların biznes fəaliyyətinə mənfi mənada təsirsiz ötüşməyəcək. Ancaq bu, birinci mərhələdədir. Çünki azərbaycanlılar kifayət qədər işgüzardılar və Rusiyanın Qərbdən aldığı məhsullara embarqo tətbiq etməsi ona gətirib çıxarır ki, Rusiya bazarı xeyli dərəcədə boşalır. Bu, mövcud durumda Rusiyadakı həmyerlilərimiz üçün çox yaxşı bir fürsətdir. Bu boşalmadan kim səmərəli istifadə edəcəksə, o, əvvəlkindən daha çox qazanacaq və 1-ci mərhələdə itirdiklərini 2-ci mərhələdə bərpa edə biləcək. Təbii ki, əgər təşəbbüskarlıq göstərilərsə..."

Tarix
2014.12.18 / 11:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla