Yuxarı

AAAF Parkdan ev krediti – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AAAF Park şirkəti yeni kampaniyasında Azərbaycan Beynəlxalq Bankı ilə yollarını ayırıb.

Axar.az-ın məlumatına görə, şirkət Yeni il kampaniyası çərçivəsində müştərilərə şirkətdaxili kredit şərtləri təklif edilir.

Şirkətin Feysbuk səhifəsində yerləşdirilən məlumata əsasən, mənzil sahibi olmaq istəyən hər kəs 33 faiz ilkin ödəniş etməklə 10 illik şirkətdaxili kreditdən faydalana bilər.

Təqdim olunan evlərin qiyməti də az deyil. Belə ki, Xırdalan şəhərində AAAF Park Yaşayış Kompleksində mənzillər 1 kvadrat metr üçün 950 manat, tikilməkdə olan mənzillərdə isə 750 manatdən təklif olunur.

AAAF Parkda mənzil almaq istəyən sakinləri "Sevil" sakinlərinin aqibəti gözləyə bilərmi?

AAAF Parka aid "Zirvə İdman Kompleksi" MMC-nin direktor müavini Rəşad Əliyevin sözlərinə görə, şirkətdə heç bir problem yoxdur, bankla əməkdaşlıq davam edir. Lakin Yeni il kompaniyası şirkətdaxili kreditlə verilir:

"Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığımız davam edir. Lakin bu kampaniya şirkətdaxili keçirilir".

Şirkət rəsmisinin sözlərinə görə, digər MTK-larda müşahidə olunan qanun pozuntularına AAAF Pakrda yol verilmir:

"Biz bir brend olaraq təklif etdiyimiz evlərin tam tikilib təhvil verilməsinə zəmanət veririk. İndiyədək heç bir müştəri şirkətdən narazı olduğunu deməyib. Eyni zamanda, biz müştərilərimizin rahatlığı üçün elektron kartlar da təqdim edirik. Belə ki, bu kartlar vasitəsi ilə sakinlər kompleksdə istifadəyə verilən bütün istirahət mərkəzlərində, kafe və restoranlarda 50 faiz endirimlə yararlana bilir".

Baş Prokurorluqda AAAF Parkla bağlı cinayət işi açılmasının həqiqətə uyğun olmadığını deyən R.Əliyev mətbuatda şirkətlə bağlı dərc olunan yazılara da münasibət bildirdi:

"Haqqımızda dərc olunan bütün məlumat həqiqiəti əks etdirmir. Baş Prokurorluqda AAAF Parkla bağlı cinayət işi açılmayıb".

Abşeron Rayon İcra Hakimiyyəti də məsələyə münasibət bildirdi. Qurumun Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevin sözlərinə görə, İcra Hakimiyyəti tikinti şirkətlərinə nəzarət etmir:

"Abşeron İcra Hakimiyyəti özəl müəssisələrin daxili işlərinə cavabdeh deyil və bizdə bu barədə nəzarət mexanizmi yoxdur".

Tarix
2014.12.18 / 12:50
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla