Yuxarı

Putin şəxsi sərvətini Rusiya üçün xərcləməyə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların iflic etdiyi rus iqtisadiyyatını xilas etmək üçün Prezident Vladimir Putin şəxsi hesablarından istifadə etməyə başlayıb.

Axar.az-a Moskvadakı mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, bu barədə Putinin yaxınlarına xüsusi göstəriş verdiyi artıq hökumətin yuxarı təbəqəsində təmsil olunanların hər birinə bəllidir. Vurğulanır ki, Putin ölkədə xarici valyutanın bahalaşmasının qarşısını almaq, silah istehsalını genişləndirmək və xarici təzyiqlərə tab gətirmək üçün bu addımı atıb.

İddiaya görə, Qərbin sanksiyaları qarşısında yaranan vəziyyətə Rusiya artıq nəzarət edə bilmir. Son bir il ərzində 83 bankın bağlanması, xarici donor təşkilatarla əlaqələrin kəsilməsi və digər addımlar Rusiyanın yaxın zamanlarda aktiv böhrana keçəcəyini istisna etmir.

Məhz bu səbələrdən Putin öz şəxsi kisəsinin ağzını açıb.

Məlumat üçün bildirək ki, Rusiya mətbuatında Putinin təkcə İsveçrə banklarında rəsmi olaraq 40 milyard dollar pulunun olduğu barədə məlumat yer alıb. Bundan başqa, Kreml rəhbərinin Rusiya enerji şirkətlərində də pay sahibi olması heç kimə sirr deyil. Qeyri-rəsmi məlumatlara görə, hazırda Putinin sərvəti təxminən 200-400 milyard dollar dəyərində qiymətləndirilir.

Təsadüfi deyil ki, 2012-ci ildə İngiltərənin nüfuzlu "Sandey Tayms" ("The Sunday Times") qəzeti Putini dünyanın ən varlı adamı adlandırmışdı. Qəzet Putinin biznes-imperiyasını 2012-ci il üçün 130 milyard dollar həcmində qiymətləndirmişdi.

Putinin biznesini onun yaxın dostları və qohumları idarə edir. Bunların arasında Putinin əmisi oğulları Mixail Putin və Mixail Şelemov, qardaşı İqor, tələbəlik dostları və digərləri yer alır.

Tarix
2014.12.18 / 13:38
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla