Yuxarı

“Qərb Türkiyəyə imkan verməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əlbəttə ki, Ankara-Moskva yaxınlaşmasının Rusiyaya qazandıracağı dividentləri Qərb hesablayıb".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, Qərb Türkiyəyə imkan verməyəcək ki, Rusiyaya yönələn sanksiyaların təsirini zəiflətsin:

"Hazırda 35 milyard olan Türkiyə-Rusiya ticari dövriyyəsinin 100 milyarda çıxarılacağı nəzərdə tutulur. Lakin unutmamalıyıq ki, Rusiya Türkiyə ilə etdiyi ticarətin əvəzində valyuta ilə ödəmə apara bilməyəcək. Rusiyanın Türkiyəyə sata biləcəyi qaz, neft, taxta, qiymətli metallar kimi xam maddələrin əvəzinə ödənən pul Rusiyada yarananan valyuta çatışmazlığını aradan qaldıra biləcəkmi? Digər tərəfdən, nəzərə alınmalıdır ki, Türkiyənin Rusiyaya satdığı məhsullar özəl sektor tərəfindən satılır və onun əvəzi də məhz valyuta ilə ödənməlidir ki, bu da rus əhalisində yoxdur. Demək olar ki, Rusiyadan Türkiyəyə xam maddə ixracatı artacağı halda, Türkiyədən Rusiyaya ixracat çox da artmayacaq. Belə olan halda hədəf tutulan 100 milyard dollarlıq dövriyəyə nail olmaq mümkün deyil".

F.Mehdiyev bildirib ki, Rusiyada bazarın kiçilməsi Türkiyədə xammala olan tələbi də azaldacaq:

"Hətta Rusiyadan alınan xammalın nisbi ucuzlaşması belə türk mallarının Çin malları qarşısında rəqabət gücünü artırmayacaq. Unutmamalıyıq ki, neftin qiymətinin ucuzlaşması bütün dünyada istehsalat maliyyələrini aşağı salıb və bu da ilk növbədə Çin üçün əlverişli mövqe yaradıb".

Politoloq hesab edir ki, Qərb analitikləri bunu hesablayıb və bu səbəblə də hələ ki, Türkiyəyə qarşı ciddi bəyanatlar vermirlər:

"Hər halda, Qərbin Rusiyaya qarşı yeni bir paketi vardır, ya da ki, onlar neftin qiymətinin ucuzlaşmasının nəticələrini gözləyir. Lakin gələcəkdə Türkiyəyə qarşı hansısa sanksiyaların, ya da təzyiqlərin olmasını istisna deyil".

Tarix
2014.12.18 / 14:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla