Yuxarı

“Kudrinin baş nazir gətirilməsi heç nəyi dəyişməyəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Medevedyevin Kudrinlə əvəz olunması heç nəyi dəyişməyəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov söyləyib.

O, Putinin hakimiyyətdə olduqca heç bir şeyin dəyişməyəcəyini bildirib:

"Xalq Medvedyevlə Nabiullinin istefasından danışır. Tutaq ki, Putin onları istefaya göndərəcək. Bəs sonra nə olacaq? Nə dəyişəcək? Ölkədəki siyasəti hökumət və Mərkəzi Bank müəyyən etmir. Çünki onlar Putinin iradəsinin icraçılarıdır. Putin nə desə, onlar da onu etməyə məcburdurlar. Maliyyə sisteminin cari süqutu neftin qiymətinin aşağı düşməsindən daha çox, siyasi səbəblərlə əlaqədar olduğu heç kimə sirr deyil. Rusiyadakı maliyyə böhranı birbaşa Putinin aqressiv siyasəti, Ukrayna ilə müharibənin, Krımın işğalının və ən sonda sanksiyaların nəticəsidir. Bəs Putin səhvlərini düzəltməyə hazırdırmı? Təbii ki, yox. Çünki o, bu yaxınlarda heç bir səhv etmədiyini söyləyib. Ona görə də Medevedyevin Kudrinlə əvəz olunması heç nəyi dəyişməyəcək. Putin hakimiyyətin başında olduqca, heç nə dəyişən deyil".

Tarix
2014.12.18 / 15:14
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla