Yuxarı

“TV-lərin bayram konsertləri bayağıdır”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda telekanallarda bayram proqramlarının çəkilişləri gedir. Hamısı şit, bayağı, bir-birindən seçilməyən şablon, baxımsız verilişlərdir..

Axar.az-a eksklüziv açıqlama verən R.Əsədzadə bildirib ki, son vaxtlar şou-biznes adlandırılan bu aləm çox çirkinlənib.

"Efirə çıxmaqdan, tanınmaqdan ötrü özlərini satanlar, bir-birinin arxasınca danışanlar və yalandan piar edib gündəm yaratmaq istəyənlər hər yeri bürüyüb", - müğənni deyib.

Ramalın sözlərinə görə, onun dalınca da danışırlar və böhtan atırlar:

"Belə çirkinliklərə yer verdikləri, ucuz piar apardıqları üçün televizyalarımızın reytinqi çox aşağı düşüb".

Müğənni televiziya kanallarının artıq baxımsız olduğunu, bayram proqramlarının keyfiyyətcə bir-birindən fərqlənməyən mənasız şoulara çevrildiyini də qeyd edib:

"Yeni il çəkilişləri gedir və deyim ki, hamısı mənasızdır. Hətta adam köhnə zamanlar, AzTV-nin əvvəlki bayram proqramları üçün qəribsəyir. Baxmayaraq ki, indi əksəriyyət keçmiş dövrü bəyənmir, amma o verilişlərdə bir sanbal vardı.

İndi isə bayram proqramlarının hamısı şit, bayağı, bir-birindən seçilməyən şablondur. Bütün kanallara aiddir dediklərim. Etiraf edək, hamı deyir ki, nə qədər bayağı, şit verilişə, eyni müğənnilərin müxtəlif kanallarda eyni gündə gedən eyni mahnılarına qulaq asmaq olar?"

Tarix
2014.12.18 / 15:38
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla