Yuxarı

İlham Əliyev 4 sərəncam, 1 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:02

Prezident İlham Əliyev A.Ş.Mehdiyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Şəfaət oğlu Mehdiyev "Şərəf" ordeni ilə təltif edilsin".

***

Prezident İlham Əliyev E.A.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elton Arzuman oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin".

***

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalanıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Ələsgərov Arzu Süleyman oğlu

Əzizbəyli Ramiz Hacıağa oğlu

Ruhi Razi Sahib oğlu

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

***

Prezident İlham Əliyev həmçinin Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Xalq Artisti"

Hüseynov Rafiq Hüseyn oğlu

Xasıyeva Könül Kazım qızı

Məmmədova Gülyanaq Zakir qızı

Məmmədova Gülyaz Zakir qızı

Sadıqov Ənvər Hidayət oğlu

"Əməkdar Artist"

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Dadaşov Murad Əli oğlu

Əfəndiyeva İlahə Əhsən qızı

Əliyev Fərid Fərhad oğlu

Heydərova Çinarə Yaşar qızı

İsgəndərov Rəfael Çərkəz oğlu

İslamov Rauf Rza oğlu

Niftəliyev Babək Muğan oğlu

Rəhimov Coşqun Allahverdi oğlu

Səmədov Əlixan İmamxan oğlu

"Əməkdar İncəsənət Xadimi"

Abbasova Məlahət Elman qızı

Əzizov Rafiq Novruz oğlu

Məlikov Aqil Qədeşbala oğlu

"Əməkdar Mədəniyyət İşçisi"

Abbaszadə Lalə Niad qızı

Babayev Tehran Xalidşah oğlu

Əsədullayeva Aynurə Əliislam qızı

Hüseynov Fərman Şirzad oğlu

Məmmədova Ülviyyə Nurəddin qızı

Mirzəyeva Gülçin Ələkbər qızı

Zeynalova Gülarə Mikayıl qızı".

***

20:02

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılsın.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi" təsdiq edilsin.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin aparatının işçilərinin say həddi 23 ştat vahidi müəyyən edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin".

Tarix
2014.12.18 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla