Yuxarı

Tənqidə dözümsüz tənqidçilər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haçansa özümdən soruşardım – ədəbi tənqidçilər ədib ola bilmədiyi, kitab yazmadığı üçün müəlliflərin əsərlərini tənqid yolunu seçiblər? Sonra bu sualdan sual doğurdu, tənqid etmək heç bir iş görməyənlərin "Dədə Qorqud"luq funksiyasıdırmı? Ardınca, görəsən, tənqidçinin yazdığı əsərə kəskin resenziya yazılsaydı, buna necə tab gətirərdi?

Heç şübhə etmirəm ki, əsərinə qahmar çıxardı. İnsan xisləti belədir, daima tərifə acdır. Etiraf etmək lazımdır ki, tənqid eşitmək istəmirik. Tənqidçi də tənqidi fikirlərini tənqid edənləri süngü ilə qarşılayır. Tolerant görünmək istəyən "obyektiv tənqid" ifadəsi isə təsəllidən o yana keçməyən "sabun köpüyü"dür. Axı tənqid obyektiv olmur, subyektlərin baxışı, arqumentlərin toqquşması olur?!

Bu günlərdə Kult.az-da ən obyektiv tənqidçinin kimliyi mövzusunda sorğu keçirilmişdi. Açığı, bu suala ilk cavab verən Fikrət Qocanın fikirlərini özümə "bir köynək yaxın" bildim – "Elə bir tənqidçi yoxdur! Bizi kim tərifləyirsə, onu obyektiv hesab edirik. Ən yaxşı tənqidçi yazıçının özüdür".

Qulu Ağsəs də sonuncu cümləni təkrarlamışdı. Yazarların əksəriyyəti bəyəndiyi Cavanşir Yusiflinin adını çəkmişdi. Sadəcə, "obyektiv tənqid" mübahisəli və pafoslu fikirdir. Bəlkə, "obyektiv tənqidçi" deyərkən daha çox "ədalətli tənqidçi" mənasını nəzərdə tuturuq?

Yəni qərəzi, müəlliflə şəxsi tanışlığı və başqa amilləri bir kənara qoyub, əsərə hakimin mühakiməyə çıxardığı müttəhimi kimi hökm veririk. Sorğunun nəticələrinə görə, çoxluq obyektiv tənqidçi olmadığı qənaətinə gəlmişdi, yalnız bəyəndikləri adlar istisna olaraq yer alırdı.

***

İstedadlı adamlar qısqanc olmurlar. Ədəbiyyat, yazı işi isə hər şeydən əvvəl tənqidə dözümlülük, habelə qısqanc olmamağı tələb edir. Bu, təxminən, Kafkanın "Sükançı" pritçasının leytmotivini yada salır; gəminin göyərtəsinə qalxan qaba, yekəpər, zəhmli baxışları olan adam kapitanı itələyib, yerinə oturur. Kapitan sərnişinləri köməyə çağırır və hiddətlənmiş kütlə pəzəvəng adamın üstünə yeriyir.

Ancaq çataçatda onun kobud əllərini, enli kürəklərini, qəzəbli baxışlarını gördükdə dinməzcə yerinə qayıdır, toplum sükanın Mussolini kimi sərt adamın əllərində olmasını seçir.

Yaradıcı əmək də belədir – qələmi güclü olan gec-tez sükançıya çevrilir, içini qurd yemiş istedadsız, paxıl və ən əsası, qısqanc adamların ədəbiyyatda uzunmüddətli qalacağı praktikası yoxdur. Çünki tənqidə dözüm ən dəhşətli hissdir; güclü iradə, təmkinli xarakter, soyuqqanlı reaksiya, böyük ürək tələb edir.

Virtualda bir replikaya belə dözməyənlər isə qarşısındakılara gecə-gündüz döşəyirlər. Bu cür tənqidə dözümsüzlük hikkəli, cığal adamlarda olur, qüsurunu sakitcə qarşılayanlar (belələri varmı???) isə heç də demokrat deyil, sadəcə, nəcibdirlər.

Bu gün Azərbaycanda ictimai-siyasi, ədəbi kluarlarda olan fərdlərdə tənqidə nəinki dözüm var, hətta imkan olsa, tənqidçinin başını gilyotinə qoyarlar. Sadə bir eksperiment – virtualda sarkastik atmaca ilə kimisə sanc, bir dəqiqə keçmir ki, üzərinə "batalyon" gəlir. Ən dəhşətlisi odur ki, onlar başqalarından tolerant, plüralist olmağı istəyir.

***

Ədəbiyyatda isə bu işə yaramır. Tənqidçini qılıncla qarşılayan qələm adamını bu halda yaxın gələcək gözləmir. Amma nəinki hekayələri, esseləri, adi köşə yazıları "feysbukda" müzakirəyə çıxarılıb, yüngülcə tənqid ediləndə tənqidçi müəllif özündən çıxır.

Deməli, tənqid etmək asandır, olunmaq isə dözülməz işgəncədir. Ədəbi tənqidçilərin əsər yazmamaq kompleksi də bu fobiyadan irəli gələ bilər. Yaradıcı o adamdır ki, "mən ədəbiyyatçı olacağam" söyləmir, olur, heç bir açıq tənqiddən çəkinməyərək, 22 yaşında "Dublinlilər"i yazmış Ceyms Coys, həyatda olduğu dövrdə yazıçı kimi qəbul olunmayan, tanınmayan Kafka kimi…

Tənqidçilər isə heç zaman əsərləri yönəldə bilməyəcək. Onların işi müasir ədəbiyyatı incələməkdən, təhlildən ibarətdir. Tarixdə yalnız zamanın sınağından çıxmış əsərlər qalır. Kim bilir, Tolstoyun "Hacı Murad"ı günümüzə qədər neçə min dəfə tənqid olunub? Bu, əsəri yenidən yazmağa, düzəliş etməyə gətirib çıxarmayıb. Ona gətirib çıxarıb ki, tənqid – fikri, ədəbi düşüncəni inkişaf etdirib.

Tarix
2014.12.18 / 22:07
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İranda telefonunuzda MTN yazısı görsəniz... - Reportaj

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla