Yuxarı

Generalın işdən qovduğu rəis qardaşı oğludur – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun təqdimatı ilə işdən qovulan Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Səid Seyidov generalın qohumu imiş.

Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Səid Seyidov Mirqafar Seyidovun qardaşı oğludur. Xəbərdə vurğulanır ki, Səid Seyidov Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən "İgidliyə görə" medalı ilə də təltif olunub. Mirqafar Seyidovun təqdimatı ilə cəmi bir ay əvvəl o, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin olunub. Ancaq bir ay ərzində fəaliyyəti əmisini qane etməyib və S.Seyidov "vəzifəyə yararsız" sayılaraq, işdən çıxarılıb.

Bu islahatdan iki gün öncə Bakı polisinin 5-i rəis olmaqla 9 əməkdaşının da işdən çıxarıldığını əsas gətirən mənbənin sözlərinə görə, general Mirqafar Seyidov öz qardaşı oğlunu işdən qovmaqla bütün şəxsi heyətə bir ismarıc verdi: kimliyindən asılı olmayaraq, xidmətə yararsız şəxs vəzifədə və polis sıralarında qalmayacaq.

Polisdə nizam-intizam baxımından generalın bu addımının müsbət dəyərləndirildiyini vurğulayan mənbənin sözlərinə görə, Mirqafar Seyidov məhz bu xarakterinə görə də Bakının baş polisi təyin edilib.

Xatırladaq ki, Mirqafar Seyidovun təyinatının ilk günündə mütəxəsislər daha sərt nizam-intizamlı bir generalın Bakıya baş polis gətirilməsini təqdir etmişdilər.

Tarix
2014.12.19 / 01:58
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla