Yuxarı

“ABŞ dünyada ən çox neft hasil edən ölkə olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rus mətbuatında"Slans"ın maya dəyərinin 70 dollar olması ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir".

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, "Slans"ın tarixə qərq olması ilə bağlı deyilənlər doğru deyil:

"Hazırda sözügedən neft yatağının maya dəyəri ilə bağlı qiymətlər əslində 2012-cü ilin hesabatlarını əks etdirir. Ancaq 2014-cü ilin hesabatına görə, artıq Amerikada müxtəlif neft yataqlarında orta qiymət 50 dollar civarındadır. Yəni "Slans" (Şist) neft yataqları hələ fəaliyyətdədir və mənfəətlə işləyir. İkinci bir tərəfdən isə bu neft yataqlarının tükənməsi, maya dəyərinin aşağı düşməsi bir az fərqli yanaşma tələb edir. Belə ki, bu yataqlarda nə qədər quyu qazılırsa, qiymət də bir o qədər də aşağı düşür. Son bir ildə isə Amerikada bu cür quyuların sayı hətta Səudiyyə Ərəbistanındakı quyulardan 10 dəfə çoxdur. Bu, təqribən şist yataqlarında qazılmış 20 minə yaxın quyu deməkdir. Belə quyuların hesabına hətta elə yataqlar var ki, orda neftin maya dəyəri 44-45 dollara düşüb".

İ.Şaban məhz bunların hesabına ABŞ-ın bu gün neft hasilatını durmadan artırdığını bildirib:

"ABŞ-ın gündəlik neft hasilatı artıq 9.2 milyon barrelə çatıb. Neftin qiymətinin düşməsinə baxmayaraq, dekabr ayında bu ölkədə hasilat yenə qalxdı. Yəni həftəlik statistikaya əsasən neftin azalmasına dair heç bir məlumat yoxdur. ABŞ son zamanlar idxal olunan neftin həcmini get-gedə azaldır. "Slans"ın maya dəyərinin aşağı düşməsi daim yeniləşən texnoloji amillərin təsirindən də asılıdır. Texnoloji yeniliklər bu neftin daha dərindən çıxarılmasına və maya dəyərinin batmamasına gətirib çıxarır. Buna görə də hesab edirəm ki, Amerika hələ uzun müddət "Slans" ı çıxarmağa davam edəcək".

Xatırladaq ki, "Slans" dənizdən çıxarılan neftdən xüsusi ilə fərqlənərək, fərqli texnologiya ilə süxurdan əldə olunan və maya dəyəri baha başa gələn neft yatağıdır. Hazırda ABŞ-da müxtəlif yataqlar üzrə bu neftin maya dəyəri 45-60 dollar arasındadır.

Tarix
2014.12.19 / 08:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla