Yuxarı

Bakıdakı türk şirkəti maaş istəyən işçiləri qovdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda fəaliyyət göstərən Türkiyənin "CEN-TAM İNŞAAT" MMC 50-ə yaxın işçini heç bir səbəb göstərmədən ixtisar edib.

Axar.az xəbər verir ki, paytaxtın mərkəzində otel tikintisi ilə məşğul olan şirkət aylardır ki, işçilərin maaşını vermir.

Redaksiyamıza şikayət edən fəhlələrin sözlərinə görə, Əhməd Qadir Gülər adlı Türkiyə vətəndaşının rəhbərlik etdiyi şirkət dəfələrlə söz versə də, buna əməl olunmayıb:

"İki aydır ki, maaşımız verilmirdi. Nəhayət, dünən 50-ə yaxın işçi etiraza qalxdı və maaşlar verilmədiyinə görə qərara gəldik ki, işləri dayandıraq. Bunun müqabilində şirkət rəhbərliyi bu gün maaşların ödəniləcəyinə söz verdi. Lakin işə gələndə məlum oldu ki, artıq şirkət bizim fəaliyyətimizə xitam verib".

Məlumat üçün bildirək ki, "CEN-TAM İNŞAAT" şirkəti bulvarda dənizin içində otel tikintisini reallaşdırır.

Mövzunu diqqətdə saxlayacağıq

Tarix
2014.12.19 / 09:12
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla