Yuxarı

“İmarəti kiminsə dədəsinin pulu ilə tikməmişəm”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toylar kralı kimi tanınan Manaf Ağayevin Axar.az-a eksklüziv müsahibəsi.

- Son zamanlar şou-biznesdə bir durğunluq müşahidə olunur...

- Çünki əksəriyyət təzə mahnı üzərində işləmir. Təbii ki, bunu hamıya aid etmək olmaz. Sözsüz, istedadlı gənclərimiz də çoxdur. Eyni zamanda, əvvəlki kimi qalmaqalla gündəmdə qalmaq istəyənlər də azalıb. Əvvəl qalmaqal çox idi, ona görə də şou-biznes haylı-küylü görünürdü. Artıq qalmaqal üçün mövzu da tükənib.

- 5 milyon manata imarət tikdirməyinizlə bağlı danışırlar. Həm də xeyriyyəçilik etməməyiniz müzakirə mövzusudur.

- Hamısı paxıllıqdan irəli gəlir, təki elə bütün müğənnilər mənim qədər xeyriyyəçi olaydı. İnsan etdiyi yaxşılığı dilə gətirməz, amma adamı vadar edirlər hər şeyi açıb danışmağa. O ki qaldı imarətimə, kiminsə dədəsinin pulu ilə almamışam ki! Mən o bağ evimi halal zəhmətimlə tikdirmişəm.

- Bizdə Azərbaycanda milyonçu müğənni varmı?

- Yoxdur, əgər kim bunu deyirsə özünü, göstərmək üçün deyir. Müğənninin gəlir yeri toydur. Toyda verilən qonorarla milyonçu olmaq mümkün deyil. Toydan gələn gəlir isə bir neçə yerə bölünür. Elə buna görə də əminliklə deyirəm, bizdə milyonçu müğənni yoxdur. Əgər toya iki yüz min manata getsək, hə, onda bu mümkün olardı.

- Demək, müğənnilikdən başqa gəlir yeriniz yoxdur?

- Yox. Çox bədxərc olduğum üçün özümə bir gün ağlamamışam. Amma bundan sonra söz vermişəm özümə ki, əlavə bir biznes sahəsi qurum. Zamanında pulumun qədrini bilsəydim, indi mənim bir neçə şadlıq evim olardı.

- Gənc müğənnilərdən kimi dinləyirsiniz?

- Çoxunun ifasını bəyənirəm. Müxtəlif dildə və janrda oxuyurlar, bu mənə xoş gəlir.

- Doğrudanmı Nadir Qafarzadənin telefonu üçün 2 min ödəməyə hazır idiniz?

- İnanın, özümün də xəbərim yox idi. Dostlarla Mərdəkanda idim, oturmuşduq və birdən mənə Nadirin nömrəsindən zəng gəldi ki, "salam qardaş, bu telefonun sahibi kimdirsə, itirib və mən tapmışam, gəlin şirinlik verin götürün". Mən də dedim ki, bu nömrə mənim dostum-qardaşım Nadirin telefonudur, görüşək, şirinliyinizi verim. Elə bu an oğlan mənə dedi ki, bəs iki min manat istəyirəm, mən yenə, "gözlərim üstə", dedim. Sən demə bu bir çəkiliş olub və bu sözləri eşidən həmkarım Nadir Qafarzadə göz yaşlarını saxlaya bilməyib. Sonra isə mənə dedi ki, mən sənin necə insan olduğunu bilirdim, bu gün səni yenidən kəşf etdim.

Tarix
2014.12.19 / 10:45
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla