Yuxarı

Azərbaycan alimlərinin I Qurultayı başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən qurultayın iştirakçıları əvvəlcə Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.

Axar.az xəbər verir ki, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan alimlərinin də iştirak etdiyi və internet üzərindən canlı yayımlanan Qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayıb və ölkəmizdə ilk dəfə keçirilən bu qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafa adekvat olaraq Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. O, Heydər Əliyev və İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasətin nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyduğunu deyib:

"Təqdirəlayiq haldır ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir".

Qurultayda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Səhiyyə naziri Oqtay Şirəliyev, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və başqa rəsmi şəxslər iştirak edir.

Sonda qətnamənin qəbulu gözlənilir.

Tarix
2014.12.19 / 11:29
Müəllif
Xəyal
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla