Yuxarı

ABŞ Fələstin məsələsində yenə tərəddüd etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Katibliyinin sözçüsü Cen Psaki gündəlik keçirilən mətbuat konfransında BMT Təhlükəsizlik Şurasına təqdim edilən 2017-ci ilin sonuna qədər İsrail işğalının Fələstin torpaqlarında sona çatması istiqamətindəki qərarla bağlı sualları cavablandırıb.

Axar.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, sözçü sözügedən qanunu dəstəkləyib-dəstəkləmədikləri barədə suala belə cavab verib:

"Qanun haqqında məlumatımız var. Bu, bizim dəstəkləyə biləcəyimiz bir şey deyil. Bu mövzuda digərlərinin də eyni şeyi hiss etdiklərini düşünürük və bu mövzunu daha çox müzakirə etməyə səsləyirik. Fələstinlilər bunu bilirlər".

Psaki müzakirənin nəticəsi ilə bağlı öncədən fikir söyləməyi dəstəkləmədiklərini də qeyd edib.

Xatırladaq ki, İordaniya tərəfindən təqdim edilən qanunda İsraildən 2017-ci ilə qədər işğal etdiyi Fələstin torpaqlarından çıxaraq, 1967-ci ildəki sərhədləri yenidən bərpa etmək, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması və İsrail ilə birlikdə sülh içində yaşamaq əksini tapıb.

Tarix
2014.12.19 / 11:44
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla