Yuxarı

“Qazprom” rus qazını SOCAR-da da qoruya bilməyəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rus qazı SOCAR-a məxsus olan Yunanıstan qaz kəmərləri sistemi vasitəsilə nəql olunsa belə, "Qazprom" onu Avropa Birliyinin məmurlarından qoruya bilməyəcək".

Axar.az "Vestikavkaza.ru"ya istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Vyaçeslav Kaluqin çıxış edib.

O, Türkiyədən keçəcək kəmərin taleyinin Brüsseldən asılı olduğunu bildirib:

"Yenə də əsas problem "Üçüncü eneji paketi"ndədir. Yunanıstandakı şəbəkədə operator SOCAR-dır. Lakin paket digər qaz təhcizatçılarının da borulara istisnasız olaraq sərbəst girişinin təmin edilməsini tələb edir. Əgər sərbəst giriş təmin edilsə, o zaman Avrokomissiya bu qaz kəmərləri sisteminə Azərbaycan qazı ilə yanaşı, Rusiya qazının da girməsinə razılıq verəcək. Təbii ki, buraya "Türk axını" layihəsi aiddir. Nəzəri olaraq əgər Türkiyə Avropa Birliyinə daxil olarsa, o zaman "Üçün enerji paketi"nin normalarına əməl etmək haqqında öhdəlik götürəcək. Ona görə də həmin qaz kəməri Ankara ilə yox, Brüsellə razılaşdırılmalı olacaq. Burada hər şey Türkiyənin mövqeyindən asılır. Belə bir inam var ki, Türkiyə Avropa Birliyinə daxil olsa belə, sərbəst siyasət yürüdəcək, amma bu yenə də bizi və onları qəbul olunmuş paketdən qorumayacaq".

Qeyd edək ki, Avropa Birliyinin "Üçüncü enerji paketi" 2009-cu ildə təsdiq edilib. Brüssel bununla Avropanın qaz bazarının liberallaşdırılmasına çalışır. Paketin qəbul olunmasında əsas məqsəd bazarda rəqabət yaradaraq, digər xırda oyunçuların bura qoşulmasına şərait yaradıb enerji resurslarının qiymətini aşağı salmaqdır.

Tarix
2014.12.19 / 15:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla