Yuxarı

Vəhhabilərlə qarşıdurmada şəhid olan MTN polkovniki

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün şəhid Elşad Quliyevin doğum günüdür…

Hər şeyin zamana qarışmasında onun yaddaşla baglılığı göstərici olaraq qalır. Əbədi qəhrəmanlar da zamanın süzgəcindən keçərək yaddaşa iz salır. Tarix isə yaddaşa çökəndə qorunur. Əminliklə deyə bilərdim ki, qəhrəmanı da bu cür mogikandır.

Zaman illəri geri qoydu. 2012-ci ilin aprel ayında baş verən hadisələr bizi yadlaşmayan bir ünvana, zamana boylanmağa səsləyir. Bu baxımdan, MTN-nin polkovnik-leytenantı Elşad Vəli oğlu Quliyevin vətən yolunda olan xidməti aydın, şəffaf bir həqiqətdir. Onun üçün milli-dəyərlərə hörmət içindəki qəhrəmanlıq ideyalarına sadiq qalmaq idi. Buna görə də vətənpərvərlik göstərərək qorxu hissi aşılamadan həyatını ölümə atdı.

Polkovnik-leytenant Elşad Quliyev haqqında yazdıqlarım məni həm kədərləndirir, həm də qürurlandırır. Azərbaycanın qəhrəmanlıq tarixinə iz qoyan bir igid barəsində yazmaq çox kədərlidir.

2012-ci il. Bu tarix E.Quliyevin həyatının son mərhələsi oldu. Elşad Quliyev xilaskar kimi üzləşdiyi ölümdən xilas ola bilməyib əbədi qəhrəmana çevrildi. Qəhrəman sözünü ona görə işlədirəm ki, onun həyat uğurları yalnız bu mərhələyə gedib çatan pillələrdən ibarət idi.

Elşad Vəli oglu Quliyev 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olub. 1990-ci ildə isə Zəngilanda 1 saylı orta məktəbi bitirib, 1991-ci ldə Azərbaycan Texniki Universitetinə qəbul olunub. Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində iştirak edib.

1995-ci ildən MTN-nin xususi təyinatli dəstəsində zabit rutbəsi ilə işə başlayıb. Dəfələrlə xüsusi əməliyyatlarda iştirak edib.

2005-ci ildə "İgidliyə görə", 2006-cı ildə "Qüsursuz xidmətə görə", 2009-cu ildə "Vətən uğrunda" medalları ilə, ölmündən sonra isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunub.

2012-ci il aprelin 6-da o, MTN-nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak oldu.

***

O, bizlərdən biri idi. Hər insan kimi, onun da özünəməxsus xüsusiyyətləri vardı. Biz onunla fəxr edirdik. Çünki o, vətəni qorumağın, xalqa sədaqətin parlaq nümunəsini göstərməyi bacarırdı.

Elşad Quliyevin ömür yolu tərcümeyi-hal şəklində beləcə sakit bir axarda görünür. Amma biz bu ömürlüyün izinə düşüb mahiyyətinə vardıqda hər anının fərqli mərhələlərdən keçdiyinin şahidi oluruq.

Təranə Şükürlü, dosent

Tarix
2014.12.19 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla