Yuxarı

Lavrovdan ABŞ-a: “Münasibətlərimiz qırılacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barak Obama tərəfindən imzalanmış qanun layihəsi ABŞ-ın Rusiya ilə münasibətlərini sarsıda bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

O, ABŞ Dövlət katibi Con Kerri ilə telefon söhbətində Barak Obama tərəfindən imzalanmış Ukraynanın azadlığına dəstək haqqında qanunun Moskva və Vaşinqton arasındakı normal qarşılıqlı münasibətləri uzunmüddətli sarsıda biləcəyini deyib.

Xatırladaq ki, bu vaxta qədər Barak Obama Ukraynaya hərbi yardım üçün nəzərdə tutulan aktı imzalamağı gecikdirirdi. Aktda digər bir məqam məhz Rusiyaya qarşı yeni sanksiyaların həyata keçirilməsidir. Layihənin məhz bu hissəsi Obamada müəyyən tərəddüdlər yaratdığından, o, "Ukraynaya dəstək aktı"nı imzalamaqdan yayınırdı. 16 dekabrda Obamanın qanunu imzalayacağı təsdiqləndi. Dünən isə ABŞ Prezidenti Barak Obama Rusiyaya yeni sanksiyalar tətbiq edən, o cümlədən Ukraynaya yardım məqsədilə silah verilməsini təmin edən qanun layihəsini təsdiq edən akta imza atdı. Akta imza atmasına baxmayaraq, ABŞ prezidenti Rusiyaya qarşı hələ sanksiyaların tətbiq edilməsinin gərəkli olmadığını deyib.

Bu siyasətin davamı olaraq Vaşinqton Avropa Birliyinin dünən Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar paketinə qoşulmayacağını, amma Brüsellə bundan sonra əməkdaşlığını davam edəcəyini rəsmən bəyan edib.

Tarix
2014.12.19 / 17:26
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla