Yuxarı

İlham Əliyev yeni səfirləri qəbul etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Səfir Aksel Vex fəxri qarovul dəstəsinin qarşısından keçib.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Aksel Vex yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin ölkələrimizin müvafiq qurumları arasında sıx əlaqələrin mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı baza yaratdığını deyib. Avstriyalı diplomat ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji və turizm sahələrində genişləndirilməsində maraqlı olduğunu bildirib.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq Avstriya Prezidenti Haynts Fişerlə keçirdiyi görüşləri və apardığı səmərəli müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın kənd təsərrüfatı, tikinti və informasiya-kommunikasiya texnologiyaları sahələrində genişləndirilməsi məsələlərinin qarşılıqlı maraq doğurduğunu qeyd edən dövlətimizin başçısı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyib. Prezident İlham Əliyev səfir Aksel Vexin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilinin etimadnaməsini də qəbul edib.

Səfir Mohammad Taqi Xalili fəxri qarovul dəstəsinin qarşısından keçib.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Mohammad Taqi Xalili Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin bu yaxınlarda ölkəmizə səfərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib və bu əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Tarix
2014.12.19 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla