Yuxarı

Mənsimov “Xəzər-Lənkəran”ı batırır - Gərginlik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər-Lənkəran"da böhran getdikcə dərinləşir. Cənub klubunda maliyyə problemləri futbolçuların da ovqatına ciddi təsir edib. Bolqar futbolçu Qalin İvanovun ölkədən gizlincə qaçışının ardınca yerli oyunçular da narazılığı dilə gətirməyə başlayıb.

Axar.az xəbər verir ki, "Qarabağ"a doğma meydanda uduzan lənkəranlılar üçün vəziyyət daha da pisləşib. Klub isə bəyan edir ki, futbolçular cərimələnib və İvanov da cəriməni ödəməkdən boyun qaçırdığı üçün Azərbaycandan gedib. Yarımmüdafiəçi Əfran İsmayılovun da maaşların gecikdirilməsini təsdiqləməsi göstərir ki, komandada ciddi problemlər yaşanır.

Bu problemlər isə XL-nin prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovdan qaynaqlanır. Rəhbərliyin maliyyə işləri ilə bağlı fəaliyyətində qeyri-şəffaflıq futbolçularla gərginliyə səbəb olub.

"Mən artıq müdafiədəki bərbad oyun haqda danışmaqdan yorulmuşam. Çünki heç nəyin xeyri yoxdur. Hesabda irəli olduğumuz qarşılaşmanı öz səhvlərimizə görə uduzduq. Bu barədə danışmaqdan bezmişəm. Nə qədər gülünc qollar buraxmaq olar?! Biz bu oyunla heç nə edə bilməyəcəyik".

Bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Əfran İsmayılov "Qarabağ"la matçdan (2:3) sonra "Qol.az"a deyib. Ə.İsmayılov bildirib ki, rəhbərliklə də müdafiədəki səhvlər barədə müzakirələr olub: "Söz veriblər ki, fasilədə həmin problemlər həll olunacaq. Yenə də ümidimizi itirmirik".

26 yaşlı yarımmüdafiəçi artıq komandası ilə Avropa Liqasında oynamaq istədiyini söyləyib: "Ancaq belə getsə, buna nail ola bilməyəcəyik".

"Oyun ağır keçdi. Qalib gələ bilərdik. 2:1 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, üstünlüyümüzü sona qədər qoruya bilmədik. Şans bizim tərəfimizdə deyildi. Hakim kobud səhv etmədi. İki iddialı komanda oynadığı üçün heç birimiz uduzmaq istəmirdik".

Bu sözləri də "Xəzər Lənkəran"ın futbolçusu Rəşad Sadiqov deyib. 31 yaşlı yarımmüdafiəçi onu da vurğulayıb ki, komandada qış fasiləsində dəyişikliklər etmək lazımdır: "Belə davam etsək, heç nə əldə edə bilməyəcəyik".

Tarix
2014.12.19 / 21:25
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla