Yuxarı

“Amerika İranla ortaq nöqtəyə gələ bilməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-Kuba münasibətlərinin korlanması 50-ci illərin sonunda Fidel Kastronun hakimiyyətə gəlməsi ilə başladı".

Bunu Axar.az-a açıqlamasında Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudlu deyib. O bildirib ki, daha sonra SSRİ-nin də birbaşa bu məsələyə müdaxilə edərək Kubanı dəstəkləməsi və 60-cı illərin əvvəllərində Kuba böhranının ortaya çıxması ilə ABŞ və SSRİ-nin üz-üzə gəlməsi hətta III Dünya müharibəsinin başlanması ehtimalını ortaya qoydu:

"Əgər müharibə başlamış olsaydı, bu, nüvə müharibəsinə çevriləcəkdi. Sonradan müəyyən güzəştlərin - Rusiyanın öz raketlərini bu ərazidən, ABŞ-ın isə Türkiyədən çıxartması münaqişəni bitirdi. Əslində isə münaqişə bitmədi. ABŞ Kubaya bu və ya digər şəkildə sanksiyalar tətbiq edərək onu izolyasiyaya aldı. Ticari əlaqələr də bundan sonra bitdi. Sonra Kuba SSRİ ilə ticari münasibətlər başlasa da, SSRİ-nin dağılması ilə Kuba bu dəfə ciddi embarqo ilə üzləşdi. Son dövrlər iqtisadi böhran Kubanı çətin vəziyyətə salsa da, Amerikanın bu rejimi dəyişməyə gücü yetmədi. Bu günlərdə bir amerikalının Kuba tərəfindən, 3 kubalının isə Amerika tərəfindən azadlığa buraxılması münasibətləri yenidən danışıqlar masasına gətirdi. Bu məsələyə tamamilə Amerikanın kontitental siyasəti perspektivindən baxmaq lazımdı. Bu perspektivdə Amerikanın müttəfiqlik , nəzarət etdiyi və əsarətində olmayan ölkələr var. Hakimiyyətlərin sol hərəkatlar üzərində mövcud olduğu Venesuela, Kuba kimi ölkələr var ki, bunları Amerikaya qarşı gələn ölkələr hesab etmək olar. Ancaq bütün bunlara baxmayaraq, sonda Amerika Kuba ilə əməkdaşlıq yolunu tutdu".

Politoloq Kubanın ardınca ABŞ-ın İranla münasibətlərinin yenidən bərpası məsələsinə də aydınlıq gətirdi:

"Burada oxşar məqamlar var. Hər ikisində münasibətlərin korlanmasına səbəb inqilablar olub. Kubada kommunizm, İranda isə İran İslam İnqilabı idi. Əgər Kubada məsələ müharibə həddinə gəlib çatmışdısa, İranda isə səfirliyin tutulması və 40-a qədər insanın girov saxlanması ilə nəticələnən durum münasibətləri məhz bu yöndə qopardı. İkinci bir oxşarlıq isə indiyənədək Amerikanın bu iki ölkə ilə heç bir diplomatik əlaqəsinin olmaması idi. İndi ABŞ Kuba ilə münasibətləri yenidən qurmağa çalışır. O ki qaldı İrana, burada vəziyyət bir az fərqlidir. Kuba heç vaxt nüvə silahının hazırlanması yoluna getməyib. İkincisi, Kuba İran qədər nüfuzlu və güclü bir dövlət deyil. Hesab edirəm ki, ABŞ İranla bu mərhələyə gəlib çıxa bilməyəcək. Əvvəla, bunun baş verməsi üçün iki ölkə arasında xarakter və ideologiyanın dəyişməsi vacibdir. Düzdür, Kubada rejim dəyişməsə də, artıq kommunizm Amerika üçün təhdid təşkil etmir. Ancaq İrandakı rejim ABŞ və onun müttəfiqi İsrailin üzərinə yönəlib. Belə olan təqdirdə isə sözügedən məsələ şübhəli qalır. İran rejimi ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna açıq təhdidir. Ancaq müəyyən yaxınlaşma olsa da, diplomatik və ticari münasibətlərin yenidən qurulması çox çətin məsələdir".

Tarix
2014.12.19 / 22:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla