Yuxarı

Sünnilər İŞİD-lə savaşmaq üçün 9 şərt irəli sürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərbildə konfrans keçirən iraqlı sünni ərəb liderləri İŞİD-ə qarşı mübarizəyə dəstək vermələri üçün doqquz maddəlik yekun bəyannamə dərc ediblər.

Axar.az xəbər verir ki, İraqın sünni vitse-prezidenti Usamə Nuceyfinin açıqladığı yekun bəyannamədə bu maddələr yer alıb:

1. Sünni ərəb tayfalarının bir araya gəlməsi və hamısının Milli Mühafizəçilər Ordusu adı altında toplanması, Bağdad hökumətinin bu ordunu silahlandırması lazımdır.

2. Məzhəb toqquşmasının qarşısını almaq üçün şiə milislərinin qanunsuz fəaliyyətlərinə son qoyması, hökumətin sünnilərə verdiyi sözləri yerinə yetirməsi lazımdır.

3. İraq ordusunda tarazlığı təmin etmək üçün orduya kifayət qədər insanların qoşulmasını təmin etmək lazımdır.

4. İŞİD-in əlindəki ərazilərin geri qaytarılması ilə həmin bölgələr yerli xalqlara verilməlidir.

5. Qaçqınların vəziyyəti ilə bağlı öhdəliklər yerinə yetirilməlidir. Təzminat haqqı tanınmalıdır.

6. Milli dialoqu həyata keçirmək üçün hökumətin söz verdiyi sünni məhkumlara amnistiya qanunu və digər məsələlər barədə qərara verilməlidir.

7. Zərər görən məkanların yenidən inşa edilməsi üçün 2015-ci ilin büdcə layihəsində fond yaradılmalıdır.

8. Terrorla mübarizə aparmaq üçün rayonların yenidən inşasında beynəlxalq ictimaiyyətin dəstək verməsi lazımdır, beynəlxalq bir fond yaratmaq barədə çağırış edilməlidir.

9. Bütün bu yuxarıdakı maddələrə nəzarət etmək üçün komissiya yaradılmalıdır.

Tarix
2014.12.20 / 00:14
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla