Yuxarı

Bakıda provayderlərin sürət fırıldağı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda fəaliyyət göstərən internet provayderləri müştərilərə yüksək sürətli internet təklifi ilə aldadır.

Axar.az xəbər verir ki, KATV 1 Kabel Televiziyası və Ailə TV provayderləri də bu qəbildəndir. Sözügedən şirkətlərdən şikayətçi olan paytaxt sakinləri müqavilədə internetin sürətinin 5 Mb/S göstərildiyini, lakin istifadə zamanı sürətin heç 1Mb/S-i aşmadığını bildirir.

Eyni zamanda, internetin çəkilişi zamanı da bəzi qanunsuzluqlara yol verilir. Belə ki, şirkət çəkilişin pulsuz olduğunu desə də, modem üçün 25 manat, hər bir metr kabel xəttinə görə 30 qəpik pul tələb edir.

Daha çox müştəri cəlb etməkdən ötrü internetin qiymətini kəskin şəkildə artıran sözügedən şirkətlər yeni kampaniyaya da start veriblər. Belə ki, kabel televiziyası da təklif edən şirkət internet üçün aylıq 18 manat, televiziya üçün isə 4 manat pul tələb edir. Hər kəsə internet daha çox vacib olduğunudan, sakinlər şirkətin bu haqsız müqaviləsini imzalamağa məcbur olur.

Bildirək ki, digər provayderlərdə də vəziyyət ürəkaçan deyil. "Azərtelekom", "Bakınternet", "AzEvroTel" MMC, "Connect" MMC, "Superonline", "AzStarNet" və digər çoxsaylı provayderlərdə də eyni qiymət, eyni keyfiyyət təklif olunur.

Rabitə və Yüksək texnologiyalar Nazirliyinin rəsmi saytında paytaxtda və bölgələrdə 36 provayderin fəaliyyət göstərdiyi qeyd olunsa da, hazırda fəaliyyət göstərən provayderlərin sayı 45-dən artıqdır.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev məsələyə münasibət bildirərkən sözügedən şirkətlərin internet keyfiyyətinə nəzarətin olunmadığını, problemin müştəri-şirkət kontekstində olduğunu dedi: "Sadalanan problem provayderlə müştəri arasında baş verir. Biz ona nəzarət etmirik. Ümumiyyətlə, ölkədə provayderlərin təklif etdiyi internetin keyfiyyətinə nəzarət mexanizmi yoxdur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi olaraq biz buna nəzarət etmirik. Onlar sadəcə bizim xətlərdən istifadə edir. Bu, müştəri ilə şirkət arasında yaranan problemdir".

Tarix
2014.12.20 / 00:50
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla