Yuxarı

Ələkbərov dalanda: Milyarder Putinlə düşmən ola bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lukoyl"un Rumıniyadan çıxarılması gələn il reallaşdırıla bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə Rumıniyanın "bbw.ro" saytı çıxış edib.

Mətbuat bunun "Lukoyl"un Rumıniyadakı himayədarı hesab olunan Viktor Pontanın öz vəzifəsini itirməsilə əlaqələndirib. Lakin mətbuat "Lukoyl"un ölkədən çıxarılmasının digər bir səbəbi kimi Qərblə Rusiya arasında olan qarşıdurmanı göstərib. Belə ki, NATO üzvü olan Rumıniyaya Qərbdən, xüsusilə, Vaşinqtondan böyük təzyiqlər var. ABŞ bununla Kremlin əsas dayaqları olan oliqarxları zəiflətmək və Putinlə milyarderlər arasında uçurum yaratmaq istəyir. Mətbuat hələlik Buxarestin Moskva ilə tam qarşı-qarşıya qalmamaq üçün qərar verməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, "Lukoyl"un Rumıniyadakı neft emalı zavodu bu ilin oktyabrında Prezident Trayan Baseskunun vasitəçiliyi ilə qapadılmışdı. Lakin sonradan aparılan danışıqlar nəticəsində zavodun fəaliyyətinin bərpasına icazə verildi. Bundan öncə Rumıniya mətbuatı Pontanın məğlub olacağı təqdirdə Vahid Ələkbərovun şirkətinin Rumıniyada vergidən yayınma və digər maddələrlə ittiham olunacağını və neft emalı zavodunun bağlanacağını yazmışdı.

Tarix
2014.12.20 / 01:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla