Yuxarı

“Əpl”in qaranlıq üzü: Dəhşətli faktlar - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya nəhəngi "Əpl"in ("Apple") Asiyadakı fabriklərində işçilərin dözülməz şəraitdə çalışdığı üzə çıxıb.

Axar.az-ın məlumatına görə, BBC-nin bir jurnalisti özünü fəhlə kimi təqdim edərək "Əpl"in Çində yerləşən fabriklərindən birində 18 gün istirahət etmədən çalışıb. Jurnalistin bu müddət ərzində şirkətin Çin və İndoneziyada yerləşən fabriklərində üzə çıxardığı dəhşətli faktlar bütün dünya mətbuatını hərəkətə gətirib.

Adı açıqlanmayan jurnalist Çin və İndoneziya olmaqla bir çox Asiya ölkəsində işçilərin 16 saat fasiləsiz çalışdığını və azyaşlı uşaqların istismar edildiyini irəli sürüb.

Dəhşət saçan görüntüləri əks etdirən jurnalist Ayfon (iPhone) istehsal müəssisəsində çəkilən gizli görüntülərlə şirkətin "Çindəki işçilərimiz beynəlxalq standartlarla işlə təmin olunub" sözlərinin nə qədər yalan olduğunu bir daha göstərib.

"Peqatron" fabrikində çalışan jurnalist dözülməz iş rejimini belə şərh edib:

"İşlədiyim müddətdə istirahət üçün dəfələrlə icazə istəsəm də, rəhbərlik mənə əhəmiyyət vermədi. O qədər yorulmuşdum ki, yatanda üstüm açıq qalsa belə, güc tapıb qalxa bilmirdim. İstədiyim tək şey dincəlmək idi. Həddindən artıq stress gecələr yatmağa da imkan vermirdi".

Bu məlumat dünya mətbuatında sürətlə yayıldıqdan sonra şirkət Çində sadalanan ittihamları rədd edib. "Əpl" verdiyi açıqlamada işçilərlə ədalətli davranıldığını deyib:

"İşçilərlə ədalətli davranmaq və təhlükəsiz iş mühiti yaratmaq sahəsində şirkətimiz dünya lideridir. Yaranan bütün xoşagəlməz halların qarşısını almağa çalışırıq. Ancaq bu mövzuda davamlı olaraq təqib edildiyimizin də fərqindəyik".

12 yaşındakı indoneziyalı uşağın "Əpl"in xam maddəsi olan qalay mədənində çətin şərtlərdə çalışmasını əks etdirən foto isə şirkətin dünya çapında tənqidlərlə üzləşməsinə səbəb olub. Belə ki, müxtəlif ökələrdən media qurumlarının böyük təzyiqi Banqka adasında qeyri-qanuni mədənlərdə işlədilən uşaq işçilərin işini dayandırmasına səbəb olub.

Şirkət isə İndoneziyadakı qalay mədənçiliyi haqqında "çox mürəkkəb bir mövzudur" şərhini vermişdi.

14 işçi intihar etdi

Araşdırmalara görə, "Əpl"in Çində yerləşən fabrikləri hələ 2010-cu ildən tənqid olunur. 4 il öncə "Əpl"in ən böyük tədarükçülərindən olan "Fakson" ("Foxconn") şirkətində çalışan 14 işçi intihar etmişdi. Baş verən hadisələrdən sonra şirkət rəhbərliyi bir sıra təhlükəsizlik tədbirləri görərək şirkətin qanunlarına uymayan işçilərlə yollarını ayıracağını açıqlamışdı.

Tarix
2014.12.20 / 01:25
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla