Yuxarı

İdmançının ayaqqabısı şok qiymətə satıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur basketbolçu Maykl Cordana məxsus idman ayaqqabısı Nyu Yorkda keçirilmiş hərracda 33 min 400 dollara satılıb.

Axar.az İTAR-TASS-a istinadən bildirir ki, bu haqda məlumatı idman mallarının hərracı ilə məşğul olan "Qrey Flannel Aukşn" təşkilatı yayıb.

Cordan "Konvers" firmasına məxsus ayaqqabıları hələ 1981-1982 -ci illərdə Şimali Karolina Universitetinin birinci kurs tələbəsi olarkən alıb.

Daha sonralar ayaqqabıları adı açıqlanmayan tələbə yoldaşına hədiyyə edib. Məhz həmin tələbə yoldaşı bu ayaqqabıları hərraca çıxarıb və hərracda naməlum şəxsə satıb.

Xatırladaq ki, Cordan karyerası boyunca "Çikaqo Bulls" komandasının tərkibində 6 dəfə çempion olub.

Amerika Milli Basketbol Federasiyası (NBA) tərəfindən bütün zamanların ən yaxşı basketbolçusu kimi tanınır.

Tarix
2014.12.20 / 02:17
Müəllif
İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla