Yuxarı

Trofimçuk: “Bunun bir səbəbi də İlham Əliyevdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Avropa Birliyi və Qərbin gözündə öz çəkisini artırır"

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. O, Azərbaycanın siyasi balansı qorumasına üç faktorun kömək etdiyini bildirib:

"Azərbaycan həqiqətən özünün çoxvektorlu siyasətini uzun müddətdir ki, qorumağı bacarır. Ölkəyə bu işdə strateji və taktiki cəhətdən üç faktor yardım edir. Bunlardan biri Türkiyə ilə əvəzedilməz, dözümlü regional blokdur ki, bu tip problemsiz ittifaqlara yeni tariximizdə çox az rast gəlinir. İkincisi, Ukraynada başlayan müharibədir. Buna görə də indi Azərbaycana tarazlıq gətirə bilən əsas qüvvələrdən biri kimi Qərbdən müxtəlif istiqamətlərdə baxırlar. Üçüncü isə İlham Əliyevin siyasətidir. Bunun sayəsində isə Bakı praktiki olaraq regional və geosiyasi mühitdə ortaya çıxan mümkünsüzlükləri həll edə bilir".

Politoloq Bakının ABŞ-ın ona qarşı ünvanlandığı son ittihamları unutmaması gərəkdiyini deyib:

"Bildiyiniz kimi, bir müddət öncə Azərbaycanın rəsmi simaları Amerika nümayəndələri tərəfindən Azərbaycanın ünvanına yönəlmiş bəyanat və şərhlərə əsəbi reaksiya verdilər. Həmin vədə belə bir fikir geniş yayıldı ki, guya rəsmi Bakı yaxın həftələrdə yerli müxalifəti sındıracaq. Amma artıq bu gərginlik Ukrayna böhranının hesabına dəf olunub. Vaşinqton hər kəslə ard-arda mübahisə edə bilməz. Yəni özü buna imkan verməməlidir. Bundan əlavə isə Rusiya-Türkiyə danışıqlarından sonra gündəmə "Brüssellə Vaşinqtonun Ankaraya qarşı taktikası necə təşkil olunacaq" məsələsi çıxdı. Hələlik lazımi metodika tapılmayıb. Üstəlik, Azərbaycan da Avropa İttifaqı və Qərbin gözündə öz çəkisini artırır. Həmçinin, Rusiya və İran arasında yerləşən bu kiçik ölkənin geosiyasi faktoru da belə güclənməyə kömək edir. Amma Bakı ABŞ-ın öz ünvanına yönəltdiyi addımları (Vaşinqton heç vaxt havayı yerdən danışmır, yəni sözü boş havaya buraxmır – Q.T.) unutmadan diqqətli olmalıdır. Bir fakt da nəzərə alınmalıdır ki, Cənubi Qafqazda Vaşinqtonun əsas müttəfiqi hələ də Tiflisdir. Niyə bu müttəfiqin Gürcüstan olması məsələsi tam aydındır. O, heç bir etiraz etmədən Qərbin tabeliyinə keçdi. Azərbaycan üçün isə bu mövqeni göstərmək çətindir. Həmçinin bu detal ölkənin gələcəyi üçün əsas amildir".

Tarix
2014.12.20 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla