Yuxarı

Ölümün səbəbkarı Füzuli Əşrəfovdur? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə ov zamanı ovçunun ehtiyatsızlıqdan öz dostunu güllələyib öldürməsi bird aha nəzərləri "Azərovçu" cəmiyyətinin üstündə cəmlədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə belə ehtiyatsızlıqların baş verməsinin bir səbəbi kimi də ovçuluğu və silahla davranmağı bacarmayan şəxslərə "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin üzvlük vəsiqəsi və silah verməsi göstərildi.

İttihamlarla bağlı Axar.az-a açıqlama verən "Azərovçu" İB-in sədri Füzuli Əşrəfov isə qeyd etdi ki, belə hallar dəfələrlə yaşanıb. Birlik sədri bunu ehtiyatsızlıq kimi qiymətləndirdi:

"İmişli rayonunun Məmmədli kəndi ilə Şərbətqobu Ovçuluq Təsərrüfatının arasında yerləşən su ərazisində baş baş vermiş faciədən xəbərimiz var. Əvəllər də belə hallar baş verib. Adətən ova çıxanlar arasında belə hallar ehtiyatsızlıqdan yaşanır. Ancaq cinayət törədənlər də olur. Məsələn, birliyə üzv olan şəxs uzun müddətdən sonra əldə etdiyi ov silahı ilə özünü və digərini öldürüb. Biz ovçuluq bileti verdiyimiz şəxslərə qanunu formada bu işlə məşğul olmaq üçün icazə vermirik. "Ovçuluq" cəmiyyəti üzvlük bileti verir ki, həmin şəxslər də bu biletlə ovçuluq edə bilərlər. Ancaq bileti olan şəxslərin hansısa cinayət törətməsinə, ehtiyatsızlıqdan bir-birini vurmasına biz cavabdeh deyilik".

"Azərovçu"ya müraciət edən şəxslərin sağlamlığının, psixi durumunun və silahla davranış qaydalarının yetərli olduğu təsdiq edildikdən sonra onların üzvlük məsələsinin həll olunduğunu deyən F.Əşrəfov Daxili İşlər Nazirliyinin bir müddət əvvəl qaydalara ciddi dəyişiklik etdiyini xatırlatdı:

"Nazirlik qaydalara dəyişiklik edib. Hər ov silahı istəyənə silah verilmir. Adətən silahdan istifadə etmək üçün nəzərdə tutulan yaş 18-dir. Ancaq buna da ciddi nəzarət var. Çox təəssüf ki, cinayət hallarının qarşısını birdəfəlik almaq müşkülə çevrilib".

Xatırladaq ki, dekabrın 17-si İmişlidə bədbəxt hadisə yaşanıb. "Azərovçu" tərəfindən verilmiş ovçu biletləri daşıyan Bakı şəhər sakini Akif Məmmədov və Məmmədli kənd sakini Hamlet Allahverdiyev brakonyerliklə məşğul olarkən A.Məmmədovun əlindəki ov tüfəngindən atəş açılıb. Atəş nəticəsində H.Allahverdiyev dünyasını dəyişib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Hadisə ilə bağlı Şərbətqobu Ovçuluq təsərrüfatının işçiləri rayon polis şöbəsinə məlumat verib. Hazırda hadisənin baş vermə səbəbi araşdırılır.

Əlavə edək ki, noyabr ayının 25-də "Azərovçu" İctimai Birliyinin fəaliyyəti ilə bağlı qanun pozuntularının aşkarlandığı bildirilmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi komissiya tərəfindən ətraf mühitin mühafizəsinin düzgün və səmərəli təşkili istiqamətində vəziyyətin öyrənilməsi məqsədilə aparılan araşdırmada son 10 ildə cəmiyyətin qanunsuz fəaliyyətinə dair faktlar üzə çıxmışdı. Hələ əvvəllər, 2006-cı ildə nazirlik "Azərovçu"nun fəaliyyətini qənaətbəxş hesab etməyərək, ovçuluq təsərrüfatlarının aparılması ilə əlaqədar cəmiyyətlə bağlanmış müqavilələri ləğv etmişdi. 2014-cü ildə təkrar aparılmış yoxlamalar nəticəsində "Azərovçu" cəmiyyətinin rəhbərliyi tərəfindən qanunsuz əmrlərin, müqavilələrin, ödəniş qəbzləri, saxta ovçuluq və üzvlük biletlərinin verilməsi aşkarlanıb. Qanunsuzluqları əks etdirən toplanmış sənədlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Həmin İdarədə cəmiyyətin vəzifəli şəxslərinin hərəkətlərində vəzifə səlahiyyətlərinin aşılması nəticəsində dövlət mənafeyinə mühüm zərər vurulması faktları müəyyənləşdirildiyindən, Cinayət Məcəlləsinin 309-cu maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılır. Məlumata görə, cinayət işi ilə bağlı "Azərovçu"nun sədri Füzuli Əşrəfov da dindirilib.

Tarix
2014.12.20 / 09:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla