Yuxarı

Bakı TIR-lara tranzit olur: İrandan qısqanclıq – Təhlil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə İran-Türkiyə arasında yaşanan "TIR böhranı" Azərbaycana da sirayət edə bilər.

Axar.az xəbər verir ki, artıq İrandan Azərbaycana gələn TIR-lar sərhəddə problem yaşayır. Bunu Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) sədri Fatih Şener bildirib. O qeyd edib ki, Türkiyə İranla yaşanan TIR böhranından sonra istiqamətləri dəyişmək məcburiyyətində qalıb.

Şenerin sözlərinə görə, TIR-lar Türkmənistanın Türkmənbaşı şəhərinə keçmək üçün təxminən 10 gündür ki, Ro-Ro (təkərli nəqliyyat vasitələrini daşıyan gəmi) gözləyirlər: "Bu marşrutu istifadə etmək istəyənlər Azərbaycan tərəfinin bir an əvvəl bərə səfərlərinə başlamasını istəyir. Azərbaycan tərəfi səfər üçün Ələt limanını istifadə etməyə icazə verərsə, hələlik bərələrlə TIR-ları daşıya bilərik. Yüzlərlə nəqliyyat vasitəsi Bakıya girmədən mənzil başına çata bilər. Azərbaycan və Türkmənistan tərəfində limanlar Ro-Ro gəmiləri üçün uyğun hala gələnə qədər TIR-larımız bərələrlə daşına bilər. Biz müraciət etmişik və hazırda cavab gözləyirik".

Xatırladaq ki, iki ay öncə İran Türkiyə TIR-larının sərhəddən keçidi üçün son məbləği 5 dəfə artırdı. Bir müddətdən sonra bununla kifayətlənməyən cənub qonşumuz rüsumu yenidən iki dəfə qaldırdı.

Bir neçə gün öncə isə böhran özünün pik həddinə çatdı: İran 750 dollarlıq keçid haqqını 1500 dollara yüksəltdi. Bundan yarım saat sonra isə Türkiyə tərəfi də keçid haqqını 1500 dollara bərabərləşdirdi. İran daha bir qarşılıq verərək, keçid haqqını 2250 dollara qaldırdı.

Daha sonra İran hökuməti dekabrın 1-dən Türkiyə TIR-larına yanacaq satılmasını qadağan etdi və Türkiyə ərazisindən yanacaq dolduran yük maşınlarının sürücülərindən İran ərazisinə daxil olarkən əlavə rüsum tələb etdi. Böhranın həlli üçün Türkiyə nümayəndələri ilə İran arasında danışıqlar aparılsa da, bu, heç bir nəticə vermədi.

Bu qadağa 10 günlük dayandırılsa da, "Gürbulaq" keçid məntəqəsində 20 km-dən artıq yaranmış uzun növbənin azalmasına çox yüngül təsir etdi.

Yaranmış böhranın qarşısını almaq üçün Türkiyə başqa bir varianta əl atdı. Qəbul olunan qərara görə, TIR-lar bundan sonra tranzit yol kimi İrandan yox, Azərbaycandan keçəcək. Bu qərarın qəbul olunmasının bir neçə səbəbi var idi.

İran Azərbaycana girən türk TIR-larını izləyir?

Qeyd edək ki, bütün bu problemlər yaranmamışdan öncə oktyabrın sonlarında Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi İdarə Heyəti sədrinin müavini Ergün Bilen qalmaqallı iddia ilə çıxış etdi.
E.Bilen İranın türk TIR-larına qarşı yaratdığı əngəllərin davam etdiyini açıqlayaraq, nəqliyyat vasitələrinin gizli izləndiyini də bildirdi.

E.Bilen İran gömrük xidmətinin bu ölkə sərhədini keçən, tranzit olaraq Azərbaycana istiqamət alan türk TIR-larına gizli olaraq mikroçiplər yerləşdirdiyini demişdi.

Bu tip qarşılıqlı ittihamlardan sonra Azərbaycanın tranzit rolunun artması təbii olaraq cənub qonşumuzu qıcıqlandırır. Belə bir vəziyyətdə hər vəchlə buna mane olmağa çalışan İranın münasibətləri yaxın vaxtlarda kəskinləşdirməsi tam real görünür.

Tarix
2014.12.20 / 09:32
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla