Yuxarı

Adı əxlaqsızlıq yuvası kimi hallanan “İnfiniti” açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 12-də Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verilməyən və nəticədə ictimai qınağa səbəb olan, polisin müdaxiləsi ilə əxlaqsızlıq yuvası olub-olmadığı araşdırılan "İnfiniti" gecə klubu fəaliyyətini bərpa edib.

Axar.az-ın əməkdaşı gecə klubunun yerləşdiyi əraziyə baş çəkərkən "İnfiniti" barının yenidən fəaliyyətə başladığını müşahidə edib.

"İnfiniti" barının əxlaqsızlıq yuvası olduğu barədə yayılan xəbərlərə rəğmən, klubun fəaliyyətini yenidən bərpa etməsi isə qaranlıq olaraq qalır.

Ötən həftə Nəsimi Rayon Polis İdarəsindən "İnfiniti" barının əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə daxil olan məlumatın araşdırıldığı bildirilmişdi.

Bu gün isə Nəsimi RPİ-nin 22-ci polis bölməsindən Axar.az-a bildirilib ki, klubun fəaliyyəti ilə bağlı növbəti həftə ətraflı məlumat veriləcək:

"Hazırda bölmə bələdiyyə seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tərəfimizdən dairə və məntəqələrdə səsvermə blankları və qutuların mühafizəsi təmin edilir. Sözügedən məsələ ilə bağlı növbəti həftə sizi məlumatlandırmağa çalışacaq".

Qeyd edək ki, dekabrın 12-də Heydər Əliyevin anım günü "İnfiniti" gecə klubunda əyləncə təşkil olunaraq, yüksək tonla musiqi səsləndirilib. Ərazidə olan polis əməkdaşları bunun sayğısızlıq olduğunu deyərək musiqinin dayandırılmasını tələb edib. Ancaq "İnfiniti" klubunun rəhbərliyi polisin tələbinə əhəmiyyət verməyib. Bundan sonra əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gələrək sayğısızlıq edən klubda araşdırmalara başlayıblar.

"İnfiniti" gecə klubunun əxlaqsızlıq yuvası olduğu barədə isə uzun müddətdir mediada xəbərlər gedir.

Tarix
2014.12.20 / 13:21
Müəllif
İsmi Şahzadə, İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla