Yuxarı

Baş nazirin qızına aşağı qiymət yazdı: Sinifdən qovuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Əhməd Davudoğlunun qızının qiymətini kəsən müəllim sinifdən uzaqlaşdırılıb.

Virtualaz.org xəbər verir ki, Baş nazir Əhməd Davudoğlunun Ankara Hacı Ömər Tarman Anadolu Liseyinin 9-cu sinfində oxuyan qızı Hacer Bükerin riyaziyyat müəllimi Murat Özerin həmin sinifdəki dərsi əlindən alınıb.

Hadisəyə səbəb Baş nazirin qızının imtahandan zəif nəticə göstərdikdən sonra imtahan kağızlarını görmək istəməsi, müəllimin isə buna icazə verməməsi olub. Məsələyə lisey müdiri Gülten Akyürek də qarışıb. Yeni dərs müəllimi olaraq lisey müdirinin köməkçisi Melike Yetim təyin olunub. Sinifdə oxuyan digər şagirdlərin valideynləri isə buna etiraz ediblər.

Məsələ ilə bağlı Türkiyənin "Cumhuriyyet" qəzetinə açıqlama verən baş nazirin mətbuat xidmətinin rəhbəri Osman Sert deyib ki, müəllimin sinifdən uzaqlaşdırılmasının səbəbi baş nazirin qızına aşağı qiymət yazması deyil. Onun sözlərinə görə, Baş nazirin qızının imtahan kağızlarını görmək istəməsi normaldır: "Bu hadisəni şagirdin atasının Baş nazir olması ilə əlaqələndirmək olmaz".

Məktəb müdiri Gülten Akyürek isə bu mövzu ilə bağlı heç bir açıqlama vermək istəmədiyini deyib.

Xatırladaq ki, Davuloğlunun qızı hələ 9 yaşında olarkən, keçmiş baş nazir Ərdoğana məktub yazaraq "Xahiş edirəm atamı işdən çıxarın" deyə müraciət etmişdi. 9 yaşlı qız bu istəyini atasını işləri səbəbindən az görməsi ilə əsaslandırmışdı.

Tarix
2014.12.20 / 13:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla