Yuxarı

İqtisadiyyat çökür, Putin isə hərbi xərclərini artırır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya iqtisadi böhrana baxmayaraq müdafiə xərclərini artıracaq".

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın hərbi sənaye komissiyasının rəis müavini Oleq Boçkarev deyib. Rusiyanın gələn il üçün nəzərdə tutulan hərbi xərclərinin iqtisadi vəziyyətdən asılı olmayaraq tətbiq ediləcəyini bildirib.

Qeyd edək ki, Bonn Beynəlxalq Mərkəzi Konversiyasının bu il üçün nəzərdə tutulan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri siyahısında Rusiya ilk onluqda yer alıb.

Rusiyada iqtisadi böhran yaşansa da, ölkənin müdafiə xərcləri artan istiqamətdə irəliləyir və ölkənin yüksək rütbəli məmurları xərclərin daha da artacağını tez-tez dilə gətirirlər.

Rusiya Müdafiə naziri Sergey Şoyqu dizayn, yeni araşdırmalar, testlər və silahların inkişaf etdirilməsi ilə əlaqədar olaraq 2014-cü il büdcəsi üçün ötən ilə nisbətən 25 faiz daha çox pul xərcləndiyini açıqlayıb.

Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov 2014-cü ildə müdafiə xərclərinin ötən ilə nisbətən 30 faiz artdığını, bu rəqəmin 2015-ci ildə 20 faiz olacağını, 2017-ci ildə isə artımın 40 faizə çıxacağını bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə jurnalistlər üçün təşkil edilən mətbuat konfransında Rusiyanın hərbi xərclərinin 2015-ci ildə 50 milyard dollar civarında olacağını, Pentaqonun isə bu sahəyə Rusiyadan 10 qat çox - 585 milyard dollar pul xərcləyəcəyini açıqlayıb.

Tarix
2014.12.20 / 20:05
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla