Yuxarı

Türkiyə: “Rusiya hərbi baza aça bilməz”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Akkuyuda inşa ediləcək nüvə stansiyasının qarşılığında Rusiyanın Türkiyədə hərbi baza quracağı ilə bağlı yayılan iddialara cavab verib.

Axar.az xəbər verir ki, nazir bu barədə müzakirələrin olmadığını bildirib: "Türkiyənin Rusiyaya hərbi səlahiyyət verməsi ilə bağlı hər hansı müzakirə aparılmayıb. Bu iddialar yalnız Prezident Rəcəb Tayyib Ərdoğanı və Baş nazir Əhməd Davudoğlunu gözdən salmaq üçün yayılan xəbərlərdir".

"Cənub axın"ı layihəsi çərçivəsində Türkiyənin qarşısına fürsət çıxarsa, bundan yararlanacaqlarını deyən nazir Rusiya ilə yaxın qonşuluq siyasəti yürüdüldüyünü bildirib:

"İki həftə öncə Vladimir Putin "Cənub axını" layihəsinin təxirə salındığını elan etdi. Biz bunun tərəfdarı deyilik. Ona görə də Türkiyə əgər qarşısına bir fürsət çıxarsa, bundan faydalanacaq. Rusiya ilə Türkiyə qonşudur. Həm də strateji əməkdaşlığı inkişaf etdirən iki ölkədir".

Tarix
2014.12.20 / 20:35
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla