Yuxarı

Bu salonda ilkin ödənişi 170 min olan maşın da var – Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlində avtokreditlərin dayandırılması bazara ciddi şəkildə təsir etdi. Avtomobil satışında baş verən geriləmə avtosalon sahiblərinin də bazarda öz yerlərini qorumasını çətinləşdirdi.

Avtomobil bazarında olan hazırkı durumu öyrənmək üçün Axar.az olaraq "Maşın Evi" adı altında fəaliyyət göstərən avtosalona yollandıq.

5 aydı satış yoxdur

Salonun sahibi deyir ki, satış çox zəifdir.

- 5 aydır demək olar ki, satışımız yoxdur. Ancaq Yeni il ərəfəsi olduğuna görə qarşıdakı günlərdə irəliləyiş gözlənilir.

Bizim salonda həm yeni, həm də ikinci əl avtomobillər satılır. Kredit isə yalnız yeni avtomobillərə verilir. Bu da köhnə maşınlara ciddi şəkildə təsir eləyib. Bütün maşınlar qalıb əlimizdə, sata bilmirik.

Salonun ən bahalı avtomobili

Öyrənirik ki, avtosalonun ən bahalı maşını 2014-ci il buraxılışı "Mersedes S63" modelidir. Qiyməti 325.000 ABŞ dollarıdır. Sahibkar bu maşının da satılmamasından gileylidir:

- Maşın 4 ay əvvəl salona necə gətirilibsə, eləcə də qalıb. Bu tip maşınlarımız var. Məsələn, 2011-ci il buraxılışlı, cəmi 6 min gedişi olan "Mersedes CL 6.5" var, 130 min dollara satışa qoymuşuq. Onu da sata bilmirik.

Kredit şərtlərinə görə, müştəri avtomobilin 40-50 faizini əvvəlcədən ödəməlidir. Belə çıxır ki, "Mersedes S63"ün ilkin ödənişi təxminən 150 min dollar, üstəlik 20 min də bank, sığorta və s. xərci. Aylıq ödəniş isə təxminən 10.000-12.000 dollar arası dəyişəcək. Məsələyə bir az real baxaq: 170 min pulu olan alıcı niyə bu avtomobili kreditə götürsün?

Əvvəl isə belə deyildi. Bu qiymət civarında olan avtomobili alıcı 50 min dollara rahatlıqla ala bilərdi.

Tarix
2014.12.20 / 23:50
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla