Yuxarı

Arvadının qatili, boynu kəsilən gənc və baltalı ər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə də ölkə amansız qətllər və dəhşətli cinayət hadisələri ilə yaddaşa köçdü.

Axar.az krimxronikanı təqdim edərək xəbər verir ki, Gəncədə 2 ay əvvəl törədilmiş qətl hadisəsinin üstünün açılması hamını heyrətə saldı. Dekabrın 19-da 1963-cü il təvəllüdlü İsmayılov Vidalət Təbriz oğlu Gəncə polisinə gələrək təslim oldu.

O, nikahdan kənar yaşadığı, 1985-ci il təvəllüdlü Əliyeva Esmira Bağban qızını təxminən 50 gün əvvəl yaşadıqları mənzildə şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq qəsdən öldürdüyünü etiraf etdi. Qatil daha sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində xanımını basdırdığını bildirdi.

Şəhər prokurorluğunun əməkdaşları və polisin hadisə yerinin müayinəsi zamanı E.Əliyevanın meyiti basdırıldığı yerdən çıxarıldı. V.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edildi.

***

Bu həftə Bakının Binəqədi rayonunda, "Gəncə" kafesinin qarşısında 55 yaşlı kişi oğlu yaşında gənci qətlə yetirdi. Aralarında yaranan mübahisə nəticəsində 55 yaşlı Bərxudar Çərkəz oğlu Yusifov 33 yaşlı Nurlan Vaqif oğlu Ağayevi boyun nahiyəsindən bıçaqlayaraq öldürməsi təsbit edildi və qonşusunu öldürən şəxs hadisə yerindən qaçsa da, polislər onu yaxalaya bildi.


***

Paytaxtda ərin arvadını öldürməsi bu həftə də əskik olmadı. Suraxanı rayon sakini, 43 yaşlı Mömünə Çerpanovanın həyat yoldaşı tərəfindən döyülməsi, ərinin ona balta ilə xəsarət yetirməsi müəyyənləşdi.

Bakıdakı orta məktəbdə də qan töküldü. Xətai rayonu ərazisində yerləşən 261 saylı orta məktəbin həyətində 27 yaşlı Kamran Xəlilov bıçaqlandı.

Polis K.Xəlilovu bıçaqlayan şəxsi axtarır…

Tarix
2014.12.21 / 01:01
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla