Yuxarı

Sanksiyalara Rusiyadan cavab: “Fikirləşin”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiya qərarına Rusiya Xarici İşlər Nazirliyi sərt cavab verib.

Axar.az xəbər verir ki, nazirliyin sözçüsü Aleksandr Lukaşeviç Vaşinqton və Ottavaya verdikləri qərarın nəticəsini bir daha fikirləşmələrini məsləhət görüb.

Nazirlik verdiyi açıqlamada ABŞ və AB-nin Krımı cəzalandırmasının bölgənin könüllü olaraq Rusiya ilə birləşmə qərarı aldığının dəlili olduğunu bildirib.

Bu arada Krım lideri Sergey Aksyonov da Qərb ölkələrinin tətbiq etdiyi əlavə sanksiyaların onları qorxutmadığını, deyilən sözlərin isə "boş səs-küydən" ibarət olduğunu deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama dünən Rusiyaya qarşı yeni sanksiyaları imzalayıb. Yeni sanksiyalara görə, Amerika malları, texnologiya və xidmətlərinin Krıma ixracı qadağan olunur. Habelə, Krımdan idxalat və yarımadaya Amerika sərmayəsi qoyulması da tətbiq olunan sanksiyalar sırasındadır. Rəsmi Ottava da hərəkətə gəlib. ABŞ ilə birgə yeni sanksiya dalğasına start verən Kanada 20 Rusiya və Ukrayna vətəndaşının ölkəyə gəlişinə, həmçinin neftin kəşfiyyatı üçün hazırlanmış texnologiyaların idxalına qadağa qoyub.

Tarix
2014.12.21 / 02:25
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla