Yuxarı

“Ankara Qarabağın həllində söz sahibinə çevrilə bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə-Rusiya yaxınlaşması praqmatik xarakter daşıyır və hər iki dövlətin iqtisadi maraqlarına cavab verir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, əsas enerji layihələri və mavi axın məsələsi Rusiyanın Türkiyəyə üz tutmasına səbəb olub:

"Bu da Türkiyəni müəyyən mənada qane edir. Çünki Ankaraya təbii ehtiyatlar lazımdı. Amma bu, o demək deyil ki, bu iki ölkə nə vaxtsa yaxın müttəfiqlərə çevriləcəklər. Bu yaxınlaşmanı müəyyən maraqlar çərçivəsində tərəfdaşlıq münasibətləri hesab etmək olar. O ki qaldı indi Ermənistan-İran yaxınlaşmasına, biz çox yaxşı bilirik ki, Tehran uzun illər ərzində İrəvana kömək edib. Bu özünü həm enerji, həm də digər sahələrdə göstərib. Hətta Tehran və İrəvan arasında hərbi əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu da sirr deyil. İran faktiki olaraq Ermənistan üçün pəncərədir, bir çıxış yoludur. Çünki bu ölkənin Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. İran isə bu fonda Ermənistana kömək göstərir".

Politoloq hazırkı məqamda Tehranın Qarabağ problemində rol oynamaq məqsədinin gündəmdə olduğunu diqqətə çatdırıb:

"Dağlıq Qarabağ məsələsində şifahi şəkildə olsa da, ərazi bütövlüyümüzü tanıyırlar. Ancaq çox istərdik ki, İran bu məsələdə daha fəal olsun və İrəvana müəyyən təzyiqlər göstərsin. Çünki İran müsəlman dövlətidir və burda müəyyən problemlər gündəmə gəlir. Buna görə də İran bunu nəzərə almalıdır. Çünki onsuz da Qərb və Rusiya Ermənistanın nazı ilə oynayır. Deməli, İran başa düşməlidir ki, əgər regionda stabillik yaratmaq niyyəti varsa, onda Ermənistanı sülhə məcbur etməlidir. Əks təqdirdə düşmənlə geniş əməkdaşlıq İranın ümumi maraqlarına ziddir".

F.Sadıqov onu da qeyd edib ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və belə bir məqamda Rusiyanın zəifləyərək Türkiyə ilə yaxınlaşması, ola bilsin, Dağlıq Qarabağ məsələsində müəyyən yumşaqlıq yaratsın:

"Hesab edirəm ki, bu məqamdan istifadə etməliyik. Ancaq yenə də Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması heç də o demək deyil ki, Dağlıq Qarabağ məsələsinin həllinə mexaniki şəkildə təkan olacaq. Yəni Ankaranın diplomatiyasından çox şey asılıdır".

Tarix
2014.12.21 / 09:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla