Yuxarı

Bakı restoranlarında fövqəladə hazırlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı restoranlarında mühafizə xidməti gücləndirilib. Yeni il bayramı ərəfəsində şadlıq sarayları və restoranların təhlükəsizlik tədbirləri xüsusi iş rejiminə keçib.

Axar.az-ın məlumatına görə, restoran sahibləri mühafizənin təşkili üçün əlavə işçi qüvvəsi də cəlb ediblər.

Bayramqabağı məclislərdə insident yaşanmasının və hər hansı dava ehtimalının qarşısının alınması istəyi sahiblarları bu profilaktik addımı atmağa sövq edib. Bildirilir ki, bu addımın atılması restoran müdirlərinin öz təşəbbüsüdür. Onlar "Oazis" restoranında yaşanan məlum hadisədən sonra oxşar insidentin öz şadlıq evlərində olmasını istəmirlər.

"Yeni il milli bayramlarımızdan fərqli olaraq, spirtli içkilərin qəbulu ilə yadda qalır. Spirtli içkilər isə qarışıqlıq ehtimalını artırır. Buna görə də restoran sahibləri artıq indidən bunun qarşısını almaq barədə düşünürlər" – deyə mənbə qeyd edib.

Xatırladaq ki, sentyabrın 2-də "Oazis" restoranında baş verən kütləvi davaya görə iki maddə üzrə cinayət işi başlanıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə istintaq aparılır.

Tarix
2014.12.21 / 10:20
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla