Yuxarı

Atası intihar edən Zaqatala sakini özünü partlatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 yaşlı Zaqatala şəhər sakini intihar edib.

Zaqatala Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabrın 20-dən 21-ə keçən gecə baş verib.

Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi 47 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Renad Həsəncuma oğlu Muradov kustar üsulla düzəltdiyi partlayıcını alın nahiyəsinə dirəyərək partladıb.

Alın nahiyəsindən ağır xəsarət alan R. Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

R. Muradov dekabrın 21-də saat 04 radələrində xəstəxanada ölüb.

Məlumata görə, narkotik vasitələrin aludəçisi olan və tüfeyli həyat tərzi keçirən R. Muradov bir neçə gün əvvəl də özünə qəsd etmək məqsədilə kəsici alətlə qarın nahiyəsinə xəsarət yetirib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, R. Muradovun atası, ikinci qrup əlil olan Həsəncuma Muradov da bu ilin mart ayının 16-da bədəninə sarıdığı elektrik naqilinin ucunu cərəyana birləşdirərək intihar etmişdi.

Tarix
2014.12.21 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla