Yeni Kaledoniya ilə memorandum imzalandı
18:08
Ana səhifə Planet |
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Fətullah Gülən barəsində həbs qərarına münasibət bildirib.
Axar.az xəbər verir ki, Kılıçdaroğlu hüquq çərçivəsində Gülənin sorğu-sual ediləcəyi təqdirdə heç kimin buna etiraz etməyəcəyini bildirib.
Kılıçdaroğlu aparılan əməliyyatlarla bağlı bunları qeyd edib:
"Heç vaxt cinayətkar və ya potensial cinayətkarı müdafiə etməmişik. Bizim tək dediyimiz budur: Əgər bir yerdə hüququn üstünlüyü varsa, hüquq çərçivəsində mühakimə prosesi aparılarsa, buna kiminsə etiraz edəcəyini düşünmürəm. Biz də etiraz etmirik. Ancaq məqsəd sırf qisas almaqdırsa, bu düzgün deyil".
Tarix
2014.12.21 / 10:48
|
Müəllif
Pərviz Həsənov
|