Yuxarı

Putinin səfərbərlik tapşırığı Ukraynanı hərəkətə gətirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin hərbi səfərbərliyə hazırlıqla bağlı tapşırığı Ukraynada müzakirə edilib.

Axar.az xəbər verir ki, Prezident Pyotr Poroşenkonun rəhbərliyi altında keçirilən Milli Təhlükəsizlik Şurasının iclası zamanı əhəmiyyətli qərarlar qəbul edilib.

Milli Təhlükəsizlik və Müdafiə komitəsinin katibi Aleksandr Turçinov növbəti ildə səfərbərliyin üç mərhələli dalğasının başlayacağı mesajını verib:

"Növbəti ildən biz təcili hərbi xidmətə çağırışı elan edirik. Növbəti ildə səfərbərliyin üç dalğası olacaq. Birinci dalğa 20 yanvarda başlayacaq, 90 gün davam etdirilməsi planlaşdırılır. Növbəti dalğa apreldə başlayacaq və 60 gün davam edəcək. Sonuncu dalğa isə iyunda start götürəcək, 60 gün davam edəcək".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinə hərbi səfərbərlik və ərazilərin müdafiəsi üçün region rəhbərlərinin səlahiyyətlərinin artırılması barədə tapşırıq vermişdi.

Tarix
2014.12.21 / 11:36
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla