Yuxarı

Məcburi köçkünlərə şad xəbər: 7 mərtəbəli binalar tikilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunun Həsənqaya və Gərənə bələdiyyələrinin ərazisində məcburi köçkünlər üçün 588 ailəlik yeni məhəllənin inşası davam edir.

Lent.az-ın məlumatına görə, tikintisi üçün 12,5 hektar ərazi ayrılan yeni yaşayış məhəlləsində hər biri 7 mərtəbəli olmaqla, 14 ədəd yaşayış binası inşa edilib. Binalardakı mənzillərin 98-i bir, 196-sı iki, 196-sı üç, 98-i dördotaqlıdır.

Hazırda binalarda döşəmə, kafel-metlax işləri aparılır, fasad hissələrə üzlük daşlar vurulur. 640 şagird yerlik məktəbin, 140 yerlik uşaq bağçasının, ATS-in, qazanxana binasının, elektrik xətləri üçün 3 ədəd yarımstansiyanın, mərkəzləşdirilmiş kanalizasiya sisteminin, su təchizatı obyektlərinin (2 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 100 kubmetrlik yanğın su anbarları, hovuz, sutəmizləyici qurğu, 1 kanalizasiya nasos, 2 nasos stansiyası) və məhəllədaxili yolların tikintisi aparılır. Burada, həmçinin yaşıllıqlar salınacaq, avtomobil parkları tikiləcək.

Hazırda inşaat işləri ilə 12 şirkət məşğul olur. Tikintidə 30-dan artıq texnika, 700-ə yaxın işçi çalışır.

Yaşayış məhəlləsində tikintinin gələn ilin fevral ayında başa çatdırılması nəzərdə tutulur.

Tarix
2014.12.21 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla