Yuxarı

Səhiyyə naziri: "Mənə problem yaradırlar"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Səhiyyə naziri təyin edilmiş sabiq Gürcüstanın keçmiş Əmək, Səhiyyə və Sosial Müdafiəsi naziri Aleksandr Kvitaşvili yeni vəzifəsindən narazıdır.

Axar.az xəbər verir ki, Kvitaşvili öz komandasını formalaşdırmağa imkan verilmədiyini bildirib.

Kvitaşvili istefa vermə ehtimalının olduğunu qeyd edib:

"İstənilən məsələnin icrası üçün iki şey lazımdır: Birinci - proqrama malik olmaq, ikinci - komandaya malik olmaq. Proqram var, ancaq komandanın formalaşdırılmasına imkan vermirlər. Komandanın formalaşdırılması mənim səlahiyyətim çərçivəsində deyil. Əgər maneə törədəcəklərsə, postumu tərk edəcəm".

Kvitaşvili qeyd edib ki, komandasını yaratmayıb, bu, uzun müddətli prosesdir, son dərəcə dəqiq insanları seçmək lazımdır.

Qeyd edək ki, 2 dekabrda Ukraynanın Səhiyyə naziri təyin edilmiş Aleksandr Kvitaşvili rüşvətxorlarla mübarizə aparacağını, nazirliyin strukturunu dəyişdirəcəyini və 2015-ci ilin sonuna kimi tibbi sığortanı həll edəcəyini bildirmişdi.

Xatırladaq ki, Ukraynada xarici ölkə vətəndaşlarından nazir və müavinlər təyin olunub. Poroşenkonun dekabrda verdiyi sərəncamla gürcü Kvitaşvili ilə bərabər, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Natalya Yaresko Maliyyə naziri, litvalı biznesmen Ayvaras Abromaviçus İqtisadiyyat naziri, Gürcüstanın Daxili İşlər naziri olmuş Yekaterina Zquladze isə Ukraynanın Daxili İşlər nazirinin birinci müavini təyin ediliblər.

Tarix
2014.12.22 / 09:15
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla