Yuxarı

Nazir pambıqdan pul çıxarmaqdan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda mühəndis elmləri və texnoloji inkişafda gerilik müşayiət olunur".

Axar.az xəbər verir ki, bu sözləri Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Azərbaycan alimlərinin I qurultayında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, Azərbaycana gətirilən yüksək texnologiyalar xarici şirkətlərin monopoliyasındadır:

"Etiraf etməliyik ki, bu gün ölkə iqtisadiyyatında tətbiq olunan yüksək texnologiyaları xaricdən gətirilir. Yüksək texnologiyalar sektoru əsasən xarici şirkətlərin monopoliyasındadır. Yüksək texnoloji və elmi tutumlu məhsulların ixracı bütün MDB ölkələrində olduğu kimi, ölkəmizdə də yüksək deyildir. Məsələn, bu məhsulların ümumi sənaye məhsullarının ixracındakı payı Sinqapurda 45%, Çində 26% (505.6 milyard), Fransada 25% (108.4 milyard), Böyük Britaniya 22% (67.8 milyard), ABŞ-da 18% (146.7 milyard) olduğu halda, MDB ölkələrindən Rusiyada 8% (7.1 milyard), Ukraynada 6% (2.6 milyard) təşkil edir. Azərbaycanda bu rəqəm cəmi 41.5 milyon (6%) dollardır".

Hazırda ölkədə mühəndis elmləri və texnoloji inkişafda irəliləyişlərin olduğunu deyən Ə.Abbasovun fikrincə, əsas problem elmi nəticələrin kommersiyalaşdırılmamasıdır: "Bu gün bütün MDB ölkələrində olduğu kimi, Azərbaycanda da mühəndis elmləri və texnoloji inkişafda dinamizm olsa da, inkişaf etmiş ölkələrlə müqayisədə gerilik müşahidə olunur. Hələ keçmiş SSRİ vaxtında da və əsasən indi bizim ölkədə ən böyük problem elmi nəticələrin kommersiyalaşdırılmamasıdır. Belə bir misal çəkim. Əla növ pambıq istehsal edilib bazarda 1 dollara satılır, sonra isə bu pambıqdan Avropanın məşhur şirkətləri "Armani" və ya "Pyer Karden" köynək istehsal edib 80-100 dollara satır".

Nazirin sözlərinə görə, Azərbaycan dünyada orbitə çıxarılmış Yer səthinin müşahidə peykinin olduğu 20-ci ölkədir: "Digər bir məsələ, bu il keçirilən Bakutel- 2015 sərgisi çərçivəsində Fransa ilə kosmik sahədə əməkdaşlıq çərçivəsində "Azərkosmos"la Fransanın "Airbus Space and Defence" şirkətləri arasında 3 ay öncə orbitə çıxarılmış Yer səthinin müşahidə peykinin Azərbaycan tərəfinə verilməsi ilə bağlı müqavilə imzalanıb. Azərbaycan 20-ci ölkədir ki, bu növ peyki orbitə çıxarır. Azərbaycanın yeni peyki "Azersky" adlanır. Bu da alim və mütəxəssislərimiz üçün yeni imkanlar açır. Müşahidə peykindən alınan məlumat kənd təsərrüfatı, ekologiya, təhlükəsizlik sahələrində olan elmi problemlərin həllində geniş istifadə olunacaqdır".

Tarix
2014.12.22 / 10:29
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla