Yuxarı

Nazir müavini çempion oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi Aparatının əməkdaşları arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

Bu barədə Report-a nazirlikdən bildirilib.

Turnirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, təhsil nazirliyinin 30-a yaxın əməkdaşı, milli tennis yığmasının üzvləri iştirak edib.

Turnirin keçirilməsində məqsəd əməkdaşların fiziki hazırlığının möhkəmləndirilməsi və onların işdənkənar münasibətlərinin gücləndirilməsidir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayaraq belə təcrübənin geniş yayılmasının vacibliyini bildirib. Federasiya rəsmisi təhsil sahəsində çalışanların idmanın bu növünə marağının təhsilalanlar arasında da stolüstü tennisə həvəsin artmasına səbəb olduğunu vurğulayıb. Bu isə onların sağlam inkişafına müsbət təsir göstərir.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkədə idmana böyük marağın olduğunu bildirib.

Daha sonra nazirliyin əməkdaşları arasında yarışa start verilib. Kişilər arasında birinci yeri təhsil nazirinin müavini Firudin Qurbanov, ikinci yeri şöbə müdiri Samir Vəliyev, üçüncü yeri sektor müdiri Namiq Məmmədov tutub. Qadınlar arasında turnirin qalibi Aysel Ağayeva olub. Sonrakı yerləri Fəridə Novruzova və Həbibə Fərzəliyeva tutublar.

Tarix
2014.12.22 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla